Bu günlərdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimovun rəhbərliyi və redaktorluğu ilə dəyərli bir nəşr "İlham Əliyev və müasir aqrar siyasət" kitabı işıq üzü görmüşdür. 
Kitabda dövlətin aqrar sahədə inkişafının təmin edilməsi üçün Prezident İlham Əliyevin fəaliyyətini, tarixi xidmətini əks etdirən müşavirə, konfrans və görüşlərdəki çıxışları və nitqlərindən çıxarışlar , imzaladığı qanunlar, fərmanlar və sərəncamlar daxil edilmişdir.
Kitabdakı materialları toplayan və tərtib edən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi, iqtisad elmləri namizədi Əmirxan Babaşovdur. 
Nəşrin hazırlanmasında Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında yaradılmış elektron resurslardan və fondunda saxlanılan materiallardan geniş istifadə olunmuşdur.