12 dekabr 2014-cü ildə Prezident Kitabxanasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Kitabxananın foyesində qoyulmuş büstünü ziyarət etmişlər. Daha sonra tədbir iştirakçıları Konfrans zalda Ümummilli liderin həyatı və fəaliyyətinin  müxtəlif sahələrini əhatə edən geniş kitab sərgisi ilə tanış olmuşlar. Anım tədbirində Kitabxana əməkdaşlarının Heydər Əliyevə həsr etdikləri slayd nümayış etdirilmişdir. Kitabxananın direktoru Mayıl Əhmədov, şöbə müdiri Nazim Mustafayev, məsləhətçi Əfruz Məlikova ümummilli liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.