Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayevin (Nazim Mustafa) “Xalq qəzeti”nin 20 fevral 2020-ci il tarixli sayında “Ermənilər tarixi saxtalaşdırmaq yolu ilə ərazi iddialarına bəraət qazandırmağa çalışırlar” başlıqlı məqaləsi dərc edilib.
Məqalədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə fevralın 15-də keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə Ermənistanın işğalçılıq siyasətinin dövlətimizin başçısı tərəfindən tarixi faktlarla bir daha ifşa olunmasından bəhs edilir.

http://xalqqazeti.com/az/news/41644