Prezident Kitabxanasının Kitabxana fondu şöbəsinin Dövri mətbuat fondu bölməsinin məsləhətçi – bölmə müdiri Natavan Baba qızı Hacıyeva Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi kitabxanaçıların peşə ustalığı üzrə “İlin kitabxanaçısı – 2013” respublika müsabiqəsinin qalibi olmuş və I mükafata layiq görülmüşdür.
Prezident Kitabxanasının kollektivi Natavan Hacıyevanı respublika müsabiqəsinin qalibi olduğuna və anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edir.