Dekabrın 12-də Prezident Kitabxanasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Prezident Kitabxananın foyesində qoyulmuş büstünü ziyarət etmiş, büstün önünə təzə-tər çiçəklər qoymuşlar. Daha sonra tədbir iştirakçıları Konfrans zalda Ümummilli liderin həyatı və fəaliyyətinin  müxtəlif sahələrini əhatə edən geniş kitab sərgisi ilə tanış olmuşlar.