9 noyabr – Dövlət Bayrağı Günü ərəfəsində Prezident Kitabxanasının “Azərbaycan. Dövlət rəmzləri və atributları” elektron nəşri yenilənmişdir. Elektron nəşrin “E-Resurslar” bölməsinə Azərbaycan, rus və ingilis dillərində Azərbaycan dövlət rəmzləri və atributları barədə yeni kitabların və dövri mətbuat materiallarının elektron versiyaları daxil edilmişdir.
Dövlər rəmzlərinin təbliği məqsədilə geniş oxucu kütləsi üçün nəzərdə tutulan materiallar http://symbols.preslib.az/  ünvanında təqdim edilir.