2016-cı il oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tarixçi alimlər, Milli Məclisin üzvləri və tədqiqatçılar dövlət müstəqilliyinin 25 illiyinə  həsr olunmuş bu nəşrlərin xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar.