E-Layihələr
Heydər Əliyev. Elektron sənədlər toplusu
"HEYDƏR ƏLİYEV. Elektron sənədlər toplusu" geniş oxucu kütləsinin istifadəsi məqsədilə sənədlərin rəqəmsal formatda hazırlanması və təbliğini təmin edən kompleks informasiya sistemidir.
Müxtəlif oxucu qruplarının, o cümlədən tədqiqatçıların ümummilli liderin zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, söhbətlərinin, bəyanatlarının və müsahibələrinin elektron versiyaları ayrı-ayrı başlıqlar altında toplanılmış və illər üzrə xronoloji ardıcıllıqla qruplaşdırılmışdır.
"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin bütün cildlərinin və ümummilli lider haqqında yazılan seçmə kitabların və məqalələrin elektron variantı da resursa daxil edilmişdir. Kitabxananın əməkdaşlarının hazırladıqları “Heydər Əliyev – 100” adlı biblioqrafik elektron nəşr də istifadəçilərin ixtiyarına verilir.
Heydər Əliyev fikirlərindən və görkəmli şəxsiyyətlərin ümummilli lider haqqında söylədiklərindən iqtibaslar da ayrı-ayrılıqda istifadəçilərə təqdim edilir. Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən fotoalbom elektron resursda əks etdirilir.
İlham Əliyev. Elektron külliyyat
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “İlham Əliyev. Elektron külliyyat” elektron nəşri Prezident İlham Əliyevin həyatını və dövlət başçısı kimi ölkənin sosial-iqtisadi və humanitar sahələrdə dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlərin miqyasını özündə əks etdirən xronologiyanın, nitqlərinin, çıxışlarının, müsahibələrinin tam mətnlərinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarının və biblioqrafiyasının vahid elektron məkanda toplanılaraq istifadəçilərə təqdim edən portaldır.
Odlar Yurdu Azərbaycan
“Odlar Yurdu Azərbaycan” - qədim zamanlardan bu günə qədər Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında materialları əhatə edən tammətnli elektron topludur. Resursda istifadəçilərə həmçinin dövlətin həm daxili, həm də xarici siyasəti, diplomatiyası, inzibati-ərazi vahidləri haqqında və başqa ensiklopedik xarakterli məlumatlar təqdim olunur.
Layihə dövri mətbuat, rəsmi saytların və kitabların materialları əsasında hazırlanıb. Elektron toplu internet məkanında Azərbaycan haqqında mövcud informasiya bazasının genişlənməsinə xidmət edir.
XX əsrin faciəsi - Xocalı soyqırımı
1992-ci il fevral ayının 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə həyata keçirdikləri Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qanlı faciələrindəndir.
Prezident Kitabxanasında hazırlanmış “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı tammətnli elektron nəşrə daxil olan materiallar doqquz bölmədə qruplaşdırılmışdır. Bu bölmələrdə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası, istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri, Xocalı şəhidlərinin siyahısı və s. materiallar yerləşdirilmişdir.
Layihədə, həmçinin Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində görülən işlər, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara edilən müraciətlər, faciənin beynəlxalq hüquq normaları baxımından soyqırım kimi tövsif olunmasını özündə əks etdirən sənədlər toplanılmışdır.
Azərbaycan. Dövlət rəmzləri və atributları
"Azərbaycan. Dövlət rəmzləri və atributları" Elektron nəşrində müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Elektron nəşrdə (Azərbaycan, ingilis və rus dillərində) dövlət rəmzləri və atributları haqqında Azərbaycan Xalq Cümhuriyyəti dövründən indiyədək qəbul edilmiş qərarlar, qanunlar, fərmanlar və sərəncamlar toplanılaraq xronoloji ardıcıllıqla əks etdirilmişdir.
Elektron nəşrdə, həmçinin Azərbaycanın xanlıqlar dövrünün bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, sovet hakimiyyəti illərində Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanılmışdır.
Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması vətəndaşlarda Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin formalaşmasına, onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə bilavasitə xidmət edir.
Naxçıvan Muxtar Respublikası
Prezident Kitabxanasında "Naxçıvan Muxtar Respublikası" adlı internet resurs Azərbaycan və ingilis dilində istifadəçilərə təqdim edilir.
Zəngin materiallardan ibarət olan bu resurs internet istifadəçilərinə Muxtar Respublika haqqında dolğun və operativ məlumat vermək məqsədi ilə yaradılmışdır. Resursda qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik, çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçən Naxçıvan haqqında ensiklopedik məlumat xarakterli materiallar öz əksinin tapmışdır. Elektron resursda həmçinin, Azərbaycanın elmi-mədəni mərkəzlərindən biri kimi Naxçıvan diyarının yetişdirdiyi neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyətlər haqqında məlumatlar yer almışdır.
20 Yanvar. Təcavüz 1990
Prezident Kitabxanası tərəfindən hazırlanmış '20 Yanvar. Təcavüz 1990' adlı yeddi fəsildən ibarət olan Elektron resursda 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası haqqında geniş məlumat verilir. Həmçinin bu qanlı faciə ilə bağlı sənədlər toplusu, keçirilən rəsmi mərasimlər və anım tədbirləri haqqında materiallar istifadəçilərə təqdim edilir.
20 Yanvarla bağlı seçmə kitabların və analitik məqalələrin mətnləri, biblioqrafik təsvirləri, foto və video arxiv materialları da elektron resursda yerləşdirilib.
Elektron nəşrin Azərbaycan, ingilis və rus dillərində təqdim edilməsi xalqımızın başına gətirilən faciənin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan ekologiyası
Əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədi ilə Prezident Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan ekologiyası” adlı sənəd-informasiya resursu hazırlanmışdır.
Resursda ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil edən və Azərbaycanda biomüxtəlifliyin qorunması vəziyyətini araşdıran bir sıra materiallar toplanılmışdır. Eyni zamanda, bu resursada ölkəmizin dövlət müstəqilliyini əldə etməsindən sonra ekologiya və ətraf mühitə dair qəbul edilmiş rəsmi sənədlər və Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyalar da öz əksini tapmışdır.
Resurs üç dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib edilmişdir.
Müstəqil Azərbaycan
“Müstəqil Azərbaycan” elektron resursu dövlətçilik tariximizi, dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və dünya birliyinə inteqrasiyası sahəsində görülən işləri, demokratik və hüquqi dövlət quruculuğu, sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurları özündə əks etdirir. Resursda dövlətçilik atributlarının bərpası və dövlət quruluşunun əsaslarına dair sənədlər toplanılmışdır. İstifadəçilərə həmçinin müstəqilliyə qədərki dövrdə və müstəqillik illərində baş verən mühüm hadisələrin xronologiyası təqdim edilir.
“Elektron resurslar” bölməsində dövlət quruculuğunun müxtəlif sahələrinə dair kitabların və məqalələrin elektron versiyaları toplanmışdır. “Biblioqrafiya” bölməsində istifadəçilərə müstəqil Azərbaycan dövlətinin həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim edilir. “Fotoqalereya” bölməsi xalqımızın keçdiyi tarixi yolun fotoxronikasını özündə əks etdirir.
İrəvan şəhəri
İrəvanın tarixinə qədim dövrlərdən günümüzə qədər işıq salan “İrəvan şəhəri” elektron layihəsi şəhərin aborigen əhalisinin kimlərdən ibarət olduğunu, ermənilərin həmin əraziyə nə vaxt və haradan gəldiklərini, şəhərin azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qoyulduğunu, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini mənbələr, salnaməçilərin verdikləri məlumatlar, arxiv sənədləri və ayrı-ayrı tədqiqat materialları əsasında üzə çıxarır.
Layihədə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin sənətkarlıq nümunələri, İrəvan teatrı, mətbuatı, elm və mədəniyyət xadimləri haqqında ətraflı məlumat verilir.
Azərbaycan Xalq Cümhuriyyəti
Elektron layihə 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini öyrənənlər üçün dəyərli bir mənbədir.
Layihə 8 əsas və 21 yarım bölmədən ibarətdir. Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və mövcud olduğu dövrdə baş vermiş mühüm tarixi hadisələr bu elektron resursda müfəssəl şəkildə əks etdirilmişdir.
Layihədə AXC-nin yaranması, fəaliyyəti, rəmzləri və atributları, həmçinin qurucuları haqqında geniş məlumat verilmiş, E-kitablar, E-məqalələr, xəritələr, fotoarxiv əks olunmuşdur. “Sənədlər” bölməsində İstiqlal bəyannaməsi, Parlamentin təsis edilməsi haqqında qanun, AXC-nin süqutu haqqında qərar, Xalq Cümhuriyyəti ilə bağlı sərəncamlar, qərarlar, nitqlər, müraciətlər verilmişdir. “Biblioqrafiya” bölməsində isə məqalələrin, kitabların və avtoreferatların biblioqrafik təsvirləri xronoloji ardıcıllıqla toplanmışdır.
Azərbaycan abidələrinə qarşı erməni vandalizmi
Azərbaycan, rus və ingilis dillərində hazırlanan “Azərbaycan abidələrinə qarşı ERMƏNİ VANDALİZMİ” elektron layihənin yaradılmasında məqsəd erməni vandalları tərəfindən işğal dövründə ərazilərimizdəki maddi və mədəni sərvətimizin - çoxsaylı tarixi abidələrin necə dağıdıldığı, məhv edildiyi, əksiyyətinin isə erməniləşdirildiyi barədə materialları, fotoşəkilləri internet vasitəsilə dünya ictimaiyyətinə çatdırmaqdır.
Elektron layihədə Ermənistan-Azərbaycan münaqişəsi dövründə işğal olunan ərazilərimizdəki 800-dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası hazırlanmışdır. Bu abidələr dünya, ölkə və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilmişdir.
Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror
Azərbaycan və rus dillərində hazırlanan və İnternet istifadəçilərinə təqdim edilən “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşr arxiv sənədləri, dövri mətbuat materialları, ayrı-ayrı tədqiqatçıların məqalələri əsasında ərsəyə gətirilmişdir. Elektron nəşrdə toplanılmış materiallar sübut edir ki, əsl soyqırım 1905-1906-cı illərdə, Birinci Dünya müharibəsi zamanı və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı törədilmişdir.
Elektron nəşr yeddi fəsildən ibarətdir. Resursda müxtəlif dillərdə olan kitabların və məqalələrin tam mətni, layihənin mövzusuna aid kitab və avtoreferatın, habelə qəzet və jurnal materiallarından seçilmiş məqalələrin biblioqrafiyası toplanılmışdır.
Elektron nəşr Azərbaycan və rus dillərində hazırlanmışdır.
Türk xalqlarının kitab abidələri. Elektron kitabxana
Prezident Kitabxanasının əməkdaşları türkdilli dövlətlərin mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fonduna daxil olan nümunələrinin elektron versiyalarını hazırlayaraq, bir qisminin isə elektron versiyalarını internet məkanından toplayaraq “Türk xalqlarının kitab abidələri” Elektron kitabxana adlı elektron resurs yaratmışlar. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.
Mehriban Əliyeva
Bu tammətnli elektron nəşrdə Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun (2004—2022) və ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çoxşaxəli fəaliyyəti haqqında materiallar toplanılmışdır.
Elektron nəşrə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi işə başladığı dövrdən bu günə qədər Mehriban xanım Əliyevanın fəaliyyətinə dair Azərbaycan dilində AZƏRTAC-ın, Prezident Kitabxanasının abunə olunduğu qəzet və jurnalların, digər kütləvi informasiya vasitələrinin seçilmiş materialları daxil edilib.
Tammətnli elektron nəşr 7 əsas bölmədən – “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti”, “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Azərbaycan Gimnastika Federasiyası”, “Azərbaycanın birinci xanımı”, “Heydər Əliyev Fondu”, “Xoşməramlı səfir”, “Millət vəkili” bölmələrindən ibarətdir.
Azərbaycan multikulturalizmi
Prezident Kitabxanasının əməkdaşlarının Azərbaycan, ingilis və rus dillərində hazırladıqları veb sayt və elektron kitabxana Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini əhatə edir. İstifadəçilərə Azərbaycanda yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizin etnik rəngarəngliyi, mədəni müxtəlifliyi, milli azlıqların təhsili, tolerantlıq ənənələri və s. barədə ətraflı məlumat verilir.
Azərbaycan multikulturalizminə dair kitabların elektron versiyaları “E-Kitabxana” bölməsində istifadəçilərə təqdim edilir. “E-Resurslar” bölməsində multikulturalizmə dair məqalələrin tam mətnləri və mütəmadi olaraq yenilənən məlumat bülleteni ilə tanış olmaq mümkündür. “Multimedia” bölməsində isə istifadəçilər milli azlıqların və azsaylı xalqların adət-ənənələrini, folklorunu özündə əks etdirən video və fotoqalereyalar vasitəsilə əyani məlumat əldə edə bilərlər.
Əziz Əliyev
Bu Elektron resursda Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyevin həyat və fəaliyyəti geniş şəkildə öz əksini tapmışdır.
Resursda materiallar 9 bölmədə qruplaşdırılıb. Azərbaycan və rus dillərində hazırlanan elektron nəşrin “Bioqrafiya” bölməsində Əziz Əliyev və onun ailə üzvləri barəsində qısa məlumat verilib. “Xronologiya” adlanan bölmədə isə ilk dəfə Əziz Əliyevin həm dövlət xadimi, həm də bir alim kimi istər Azərbaycanda, istərsə də Dağıstandakı həyat və fəaliyyətinin mühüm məqamları geniş işıqlandırılıb. “Əsərləri” adlanan bölmədə isə Əziz Əliyevin tibb sahəsində qələmə aldığı əsərlərin mətnləri ilk dəfə elektron formatda təqdim olunur.
“E-Kitablar” və “E-Məqalələr” bölməsində isə Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin tədqiqat əsərlərinin və məqalələrin elektron versiyaları yerləşdirilib. “Multimedia” bölməsində foto və video qalereya təqdim olunub.
Azərbaycan və İslam dünyası
Bu elektron resursun hazırlanmasında əsas məqsəd müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olmasını nümayiş etdirməkdən ibarət olmuşdur.
Hələlik Azərbaycan dilində hazırlanan elektron resurs əsasən 12 əsas bölmədən ibarətdir. Resursda ilk öncə Azərbaycan haqqında qısa məlumat verilmişdir. “İslam” bölməsində onun mahiyyəti, “Qurani-Kərim” haqqında müfəssəl şərhlər verilmiş, İslam həmrəyliyinin mahiyyəti və onu zəruri edən faktorlar haqqında söhbət açılmışdır.
Eyni zamanada resursda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və İslam Həmrəylik Oyunları (İslamiada) haqqında geniş məlumat əldə etmək olar.
“E-Resurslar” bölməsində Azərbaycan və rus dillərində İslama aid kitabların elektron versiyaları, Azərbaycan, ingilis və rus dillərində məqalələrin elektron mətnləri yerləşdirilmişdir.
Azərbaycan-UNESCO əlaqələri
Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan–UNESCO əlaqələri” elektron layihəsi 7 bölmədən ibarətdir. İnternet istifadəçilərinə təqdim edilən bu layihə 2 versiyada – Azərbaycan və ingilis dillərindədir.
İstifadəçilər layihədə UNESCO haqqında və Azərbaycan – UNESCO əlaqələrinə dair ətraflı məlumat ala bilərlər. “Rəsmi sənədlər” bölməsində Azərbaycan Respublikası Prezidentinin imzaladığı qanun, fərman və sərəncamların tam mətnləri toplanmışdır. Layihə vasitəsilə istifadəçilərə bu mövzü ilə bağlı kitabların elektron variantını özündə əks etdirən elektron kitabxana da təqdim edilir. “Biblioqrafiya” bölməsində elektron resursun mövzusunu əhatə edən kitabların, məqalələrin biblioqrafik təsviri verilmişdir.
Mir Cəlal
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycanın görkəmli yazıçı və ədəbiyyatşünas alimı Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Mir Cəlal” adlı yeni elektron nəşr hazırlanmışdır.
Elektron nəşr Mir Cəlal Paşayevin həyat və fəaliyyətinin mühüm məqamlarını özündə əks etdirməklə yanaşı, onun elmi və ədəbi irsinin, tərcümələrinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarını və biblioqrafiyasını da özündə əks etdirir.
Elektron nəşri mütəmadi olaraq yenilənir.
Bakı
Bu resurs Bakı şəhərinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti haqqında Prezident Kitabxanasının fonduna daxil olan materiallar əsasında Azərbaycan, ingilis və rus dillərində tərtib edilmişdir. Resurs 10 fəsil və 40 bölmədən ibarətdir. Resursa Bakının tarixinin müxtəlif dövrlərini əhatə edən sənədlərin tam mətnləri də əlavə edilmişdir. İstifadəçilərin marağını nəzərə alaraq resursda fotoqalereya və video-qalereya bölmələri də yaradılmışdır.
Resursda istifadəçilər həmçinin, çoxlu sayda kitabların, müxtəlif qəzet və jurnal məqalələrinin tam mətnlərindən də istifadə edə bilirlər.
Elektron resursun bütün bölmələri müntəzəm olaraq yenilənir.
Azərbaycan diplomatiyası
Azərbaycan diplomatiyasının keçdiyi tarixi yolu işıqlandırmaq və təbliğ etmək məqsədilə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan diplomatiyası” adlı elektron resurs internet istifadəçilərinə təqdim edilib. Dövlətçilik ənənələrimizin, dövlət rəmzlərinin və atributlarının, dövlətçilik tariximizin xüsusi səhifəsi olan diplomatiya tarixinin öyrənilməsində və təbliğində bu resursun əhəmiyyəti böyükdür.
Resursun “Ümumi məlumat” və “Diplomatiya tarixi” fəsillərində qədim dövrlərdən başlayaraq günümüzədək Azərbaycan diplomatiya tarixinin əsas mərhələləri – Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, Sovetlər dövrünə, müstəqillik dövrünə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair materiallar, sənədlər toplanmışdır.
Elektron resursun “Konvensiyalar” adlanan fəslində Azərbaycan Respublikasının qoşulduğu müqavilələrin, sazişlərin, konvensiyaların tam mətni təqdim olunur. E-Resurslar bölməsində kitabxananın fondunda saxlanılan Azərbaycan və rus dillərində olan kitabların elektron versiyası, qəzet və jurnallardan seçilmiş məqalələrin tam mətnləri verilmişdir.
Elektron resursun sonuncu “Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondunda olan xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiyaya dair kitabların, qəzet və jurnal məqalələrinin, avtoreferatların biblioqrafiyası təqdim edilir.
Azərbaycan diasporu
Prezident Kitabxanasının əməkdaşlarının hazırladığı “Azərbaycan diasporu” elektron layihəsi istifadəçilərə təqdim olunub.
Layihədə Azərbaycan diasporunun təşəkkül və formalaşmasına səbəb olan amillər, hazırkı diaspor quruculuğu geniş təhlil edilib.
Elektron resursda Azərbaycan diasporu ilə bağlı kitab və məqalələrin elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində Azərbaycan, rus və ingilis dillərində kitabların, avtoreferatların və məqalələrin biblioqrafik təsviri verilmişdir.
Nəriman Nərimanov
Prezident Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə hazırlanan “Nəriman Nərimanov” adlı elektron layihə istifadəyə verilib.
Kitabxananın əməkdaşlarının Azərbaycan və rus dillərində hazırladıqları bu elektron layihə görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2020-ci il tarixli sərəncamına əsasən hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib.
Yeddi bölmədən ibarət olan elektron resursda Nəriman Nərimanovun pedaqoq, həkim, yazıçı, dramaturq, publisist, maarifçi və dövlət xadimi kimi fəaliyyətinə dair müxtəlif dillərdə olan materialların və sənədlərin elektron variantı toplanmışdır.
Tədqiqatçıların və geniş oxucu kütləsinin istifadəsi üçün hazırlanan elektron layihə müntəzəm olaraq yenilənilir.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı
Prezident Kitabxanasının tərtib etdiyi “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı” adlı Tammətnli elektron toplu regionalların sosial-iqtisadi inkişafını, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını, məşğulluğun səviyyəsinin artırılmasını və ölkə iqtisadiyyatının dinamik inkişafını nəzərdə tutan 4 Dövlət Proqramına dair bütün materialların tam mətnlərini əhatə edir. Rəsmi sənədlər, Dövlət tədbirləri, Regionlara səfərlər, Biblioqrafiya adlı dörd fəsildə təqdim edilən toplu dövri mətbuat materialları əsasında mütəmadi olaraq yenilənir.
Nizami Gəncəvi. Elektron kitabxana
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşları görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığına dair Azərbaycan və xarici dillərdə olan kitablardan, jurnal və qəzet məqalələrindən ibarət yeni elektron resurs -“Nizami Gəncəvi. Elektron kitabxana”sını yaradıblar. Elektron kitabxanada Nizami Gəncəvinin “Xəmsə”sinin müxtəlif illərdə nəşr olunmuş elektron variantları toplanıb. Bu layihədə əsas bölmələrdən biri də “Biblioqrafiya” adlanır ki, burada kitab və dövri mətbuat materiallarının biblioqrafiyasından əlavə məcmuələr və avtoreferatlar haqqında da geniş məlumat əldə etmək olar. Elektron kitabxana daimi yenilənir.
Şuşa
Prezident Kitabxanasının əməkdaşlarının ərsəyə gətirdikləri “Şuşa” adlı elektron layihə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan ordusunun işğalından azad olunması – Zəfər Gününə həsr edilmişdir. Azərbaycan, ingilis və rus dillərində olan layihə 6 fəsildən, 22 alt bölmədən ibarətdir. “Tarix” adlanan birinci fəsildə Şuşa şəhərinin salınmasından günümüzədək şəhərin tarixinə dair ən mühüm məqamlar öz əksini tapır. Layihənin “Sosial-mədəni həyat” adlanan fəslində 1992-ci ildə şəhərin işğalınadək şəhər əhalisinin dinamikası, milli tərkibi və mədəni həyatı haqqında müfəssəl məlumat verilir. “Görkəmli şəxsiyyətlər” fəslində Azərbaycanın elm, təhsil, mədəniyyət, incəsənət, musiqi, ədəbiyyat, hərb sahəsində Şuşanın məşhur simaları haqqında bioqrafik məlumatlar toplanılmışdır. “Sənədlər” bölməsində Şuşa haqqında Rusiya işğalı dövründən etibarən bu günədək qəbul edilən mühüm sənədlərin mətnləri toplanıb. “E-resurslar” və “Biblioqrafiya” fəslində isə kitabxananın fonduna daxil olan məqalə və kitabların həm elektron versiyaları, həm də biblioqrafik təsvirləri xronoloji ardıcıllıqla verilmişdir. Layihə müntəzəm olaraq yenilənilir.
Azərbaycan-Türkiyə əlaqələri
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları 5 fəsildən və 13 alt bölmədən ibarət “Azərbaycan-Türkiyə əlaqələri” elektron resursu iki qardaş ölkə arasında münasibətlərin real mənzərəsini özündə əks etdirir. 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan və diplomatik əlaqə quran Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında münasibətlər təhlil edilmiş və bu münasibətlərin dinamik inkişafını özündə əks etdirən “Xronologiya” tərtib edilmişdir. Elektron resursun “Sənədlər” fəslində Azərbaycanla Türkiyə arasında xarici siyasətlə bağlı imzalanan sənədlərin elektron versiyaları istifadəçilərə təqdim edilir. “E-resurslar” fəslində Kitabxana fonduna daxil olan seçmə kitabların və məqalələrin elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” fəslində isə elektron resursun mövzusunu əhatə edən kitabların, məqalələrin və avtoreferatların biblioqrafik göstəriciləri istifadəçilərə təqdim edilir. “Fotoqalereya” bölməsi iki qardaş ölkənin son 30 ildə keçdiyi tarixi yolun fotoxronikasını özündə əks etdirir.
Azərbaycan-İran: diplomatik əlaqələr
Prezident Kitabxanasının “Azərbaycan-İran: diplomatik əlaqələr” adlı elektron resursu iki qonşu və qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilib. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulub. Elektron resurs 5 fəsildən və 13 alt bölmədən ibarətdir. Resursun “Tarixi arayış” bölməsində İran İslam Respublikası ilə Azərbaycan Respublikası arşında münasibətlər təhlil edilib və bu münasibətlərin dinamik inkişafını özündə əks etdirən “Xronologiya” tərtib edilib. “Sənədlər” fəslində Azərbaycanla İran arasında xarici siyasətlə bağlı imzalanan sənədlərin – bəyannamə, saziş, müqavilə, memorandum, protokol və sərəncamların tam mətnləri istifadəçilərə təqdim edilir. “E-resurslar” fəslində Azərbaycan-İran münasibətlərinə dair müxtəlif dillərdə olan kitab və məqalələrin elektron versiyaları öz əksini tapır. Resursda həmçinin bu mövzuya dair Kitabxananın fondunda olan kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim olunur.
Azərbaycan-Rusiya: diplomatik əlaqələr
Prezident Kitabxanasının “Azərbaycan-Rusiya: diplomatik əlaqələr” adlı elektron resursu iki qonşu və müttəfiq ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulub. Elektron resurs 5 fəsildən və 13 alt bölmədən ibarətdir. Resursun “Tarixi arayış” bölməsində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arşında münasibətlər təhlil edilib və bu münasibətlərin dinamik inkişafını özündə əks etdirən “Xronologiya” tərtib edilib. “Sənədlər” fəslində Azərbaycanla Rusiya arasında xarici siyasətlə bağlı imzalanan sənədlərin – bəyannamə, saziş, müqavilə, memorandum, protokol və sərəncamların tam mətnləri istifadəçilərə təqdim edilir. “E-resurslar” fəslində Azərbaycan-Rusiya münasibətlərinə dair müxtəlif dillərdə olan kitab və məqalələrin elektron versiyaları öz əksini tapır. Resursda həmçinin bu mövzuya dair Kitabxananın fondunda olan kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim olunur.
Əsrin müqaviləsi
2004-cü ilin sentyabrından istifadəçilərə (oxuculara) təqdim edilmiş bu tammətnli e-resursda Azərbaycanın neft strategiyasının bütün aspektləri əhatə olunur. Bu resurs ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünyanın aparıcı neft şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen yataqlarının istismarı üzrə layihələrə cəlb edilməsi sahəsində işlərlə əlaqədar 1994-cü ildən indiyə qədər dövri mətbuatda dərc edilmiş materialları və eləcə də bütün qanunvericilik sənədləri özündə əks etdirir.
Bələdiyyə hakimiyyəti
Azərbaycan Respublikasında Yerli özünüidarəetmə qurumu olan bələdiyyələrin yarandığı vaxtdan, 1999-cu ildən başlayaraq Azərbaycan Respublikasının Konstitusiyasındakı bələdiyyələr haqqında bölmə də daxil olmaqla bütün qanunvericilik sənədləri – qanun, fərman və sərəncamların mətni, bələdiyyə seçkiləri haqqında məlumatlar bu elektron sənədlər toplusunda öz əksini tapmışdır.
Ermənistan-Azərbaycan münaqişəsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımız, Azərbaycanın öz əzəli torpaqlarını sülh yolu ilə azad etməsi sahəsində səyləri, bu münaqişə ilə əlaqədar beynəlxalq təşkilatların fəaliyyəti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə materiallar bu tammətinli elektron resursda toplanmışdır.
Dövlət qulluğu
Bu elektron sənədlər toplusunda Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət daşıyan 'Dövlət qulluğu haqqında' Azərbaycan Respublikası Qanunu, bu qanunla əlaqədar Azərbaycan Prezidentinin sərəncam və fərmanları, Nazirlər Kabinetinin qərarlarının tam mətnləri toplanmışdır. Bu tammətnli e-resurs 2006-cı ilin fevral ayında istifadəyə verilmişdir.
Zəfər Günü
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Zəfər Günü” adlı elektron layihə Azərbaycan torpaqlarının Ermənistan ordusunun işğalından azad olunması – Zəfər Gününə həsr edilmişdir. Azərbaycan, ingilis və rus dillərində olan layihə 9 fəsildən, 8 alt bölmədən ibarətdir.
“Tarixi arayış” adlanan birinci fəsildə Qrabağın Ermənistan tərəfindən işğalının tarixinə dair ən mühüm məqamlar öz əksini tapır. Layihənin “44 günlük zəfərin xronikası” adlanan fəslində Vətən müharibəsinin hər bir anı xronoloji ardıcılıqla verilmişdir. Sonrakı bolmələrdə Vətən müharibəsinin şəhidləri, həmin dövrdə mülki əhalinin yaşadığı yerlərin bonbalanması nəticəsində ölən və yaralınanların siyahısı, günbəgün azad edilmiş kənd və şəhərlərimiz, müharibədən sonra hərbiçilərin təltif siyahısı öz əksinin tapmışdır. Eyni zamanda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, xarici KİV-lərə verdiyi müsahibələr və çıxışlarının mətnləri ayrıca bölmədə verilmişdir.
“E-resurslar” və “Biblioqrafiya” fəslində isə kitabxananın fonduna daxil olan məqalə və kitabların həm elektron versiyaları, həm də biblioqrafik təsvirləri xronoloji ardıcıllıqla təqdim edilir. Layihə mütəmadi olaraq yenilənilir.
Azərbaycan-Gürcüstan əlaqələri
Prezident Kitabxanasının hazırladığı “Azərbaycan-Gürcüstan əlaqələri” adlı elektron resursu iki qonşu və dost ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilib. Gürcüstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci ilin noyabrın 18-də qurulmuşdur. Elektron resurs 5 fəsildən və 14 alt bölmədən ibarətdir. Elektron resursun “Xronologiya” fəslində iki qonşu və dost dövlətlərin diplomatik, iqdisadi və mədəni münasibətləri təhlil edilir və bu münasibətlərin dinamik inkişafını özündə əks etdirir. “Sənədlər” fəslində Azərbaycanla Gürcüstan arasında xarici siyasətlə bağlı imzalanan sənədlərin – bəyannamə, muqavilə, memorandum, protokol, saziş və sərəncamların elektron versiyaları istifadəçilərə təqdim edilir. “E-resurslar” fəslində Kitabxana fonduna daxil olan seçmə kitabların və məqalələrin elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” fəslində isə elektron resursun mövzusunu əhatə edən kitabların, məqalələrin və avtoreferatların biblioqrafik göstəriciləri istifadəçilərə təqdim edilir. “Fotoqalereya” bölməsində isə iki dost ölkənin son 30 ildə keçdiyi tarixi yolun fotoxronikası əks olunmuşdur.
Zəngəzur
Prezident Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycan, ingilis və rus dillərində hazırlanmış "Zəngəzur" adlı elektron informasiya resursu istifadəçilərə təqdim edilir.
Zəngin tarixi materialları özündə əks etdirən bu resurs internet istifadəçilərinə Şərqi və Qərbi Zəngəzur haqqında dolğun və operativ məlumat əldə etmək və maarifləndirmə məqsədi ilə tərtib edilmişdir.
Resursda Azərbaycanın bu tarixi ərazilərinin qədim və orta əsrlərdən indiyədək Azərbaycan xalqına məxsus olduğu tarixi mərhələlərlə verilmişdir. Bu ərazilərin etnik tərkibinin, tarixi-memarlıq abidələrinin, toponimlərinin, hidronimlərinin xalqımıza aid olması tarixi faktlarla göstərilmişdir. Zəngəzurda azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qaldığını, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini göstərən faktlar mənbələr əsasında istifadəçilərə təqdim edilir.
2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə Şərqi Zəngəzur işğaldan azad edilmiş və bu ərazilərdə aparılan bərpa və tikinti-quruculuq işlərinə dair materiallar da resursda öz əksini tapmışdır.
E-resurslar” və “Biblioqrafiya” fəslində isə kitabxananın fonduna daxil olan məqalə və kitabların həm elektron versiyaları, həm də biblioqrafik təsvirləri xronoloji ardıcıllıqla verilmişdir.
Zərifə Əliyeva
Bu elektron resursda Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilir.
Resursda materiallar 8 bölmədə qruplaşdırılıb. Elektron nəşrin “Bioqrafiya” bölməsində Zərifə xanım Əliyeva və onun ailə üzvləri barəsində qısa məlumat verilir, həmçinin Zərifə xanımın elmi və ictimai sahədə fəaliyyətinin mühüm məqamları öz əksini tapır. “Xronologiya” bölməsində isə bir alim kimi, onun keçdiyi həyat yolu, oftalmologiya sahəsində əldə etdiyi uğurlar ardıcıllıqla təqdim olunur. “Rəsmi sənədlər” bölməsində Zərifə xanım Əliyevanın xatirəsinin əbədiləşdirilməsi haqqında sənədlər yerləşdirilib. “Xatirəsinin əbədiləşdirilməsi” bölməsində isə xronoloji ardıcıllıqla məlumatlar əksini tapır.
“E-Kitablar” bölməsində onun müəllifi olduğu və haqqında yazılan kitabların e-versiyaları toplanılıb. “E-Məqalələr” bölməsində isə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin məqalələrinin elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində əsərlərinin, haqqında yazılan kitab və məqalələrin biblioqrafik təsviri verilir. “Fotoqalaerya” bölməsində Zərifə xanımın həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanılıb.
Qərbi Azərbaycan. Elektron kitabxana
XIX əsrin əvvəllərindən etibarən ermənilərin mərhələ-mərhələ tarixi Azərbaycan ərazilərinə kütləvi surətdə köçürülüb yerləşdirilməsi nəticəsində xalqımız dəfələrlə yer-yurdlarından didərgin salınmışdır. 20-ci əsrin sonlarında azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisində monoetnik erməni dövləti yaranmışdır. Qərbi Azərbaycanda xalqımıza qarşı 1905-1906, 1918-1920, 1930-cu illərdə, 1948-1953 və 1987-1991-ci illərdə kütləvi qırğınlar, soyqırımları, repressiyalar və deportasiyalar həyata keçirilmişdir.
Bu məqsədlə Kitabxana Qərbi Azərbaycanın tarixini özündə əks etdirən “Qərbi Azərbaycan. Elektron kitabxana” layihəsi hazırlanmışdır.
Layihədə erməni vandalları tərəfindən dağıdılmış maddi-mədəniyyət nümunələri, soyqırımına məruz qoyulan toponimlərimiz haqqında məlumatlar, arxiv sənədləri, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, xəritələr, şəxsiyyətlər haqqında məlumatlar, fotoxronika, fotosənəd və filmoqrafiya əks olunmuşdur. E-kitabxanada Qərbi Azərbaycanla bağlı e-kitab və e-məqalələr toplanmış, biblioqrafiya bölməsində kitabların, məqalələrin və avtoreferatların biblioqrafik təsvirləri verilmişdir.
Laçın
44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər ilin avqust ayının 26-sının “Laçın şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.
Prezident Kitabxanasının hazırladığı “Laçın” elektron layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun tarixi, 30 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimiz, işğaldan sonra böyük vüsət alan genişmiqyaslı bərpa və quruculuq işləri və Böyük Qayıdış barədə seçmə materiallardan ibarət elektron topludur.
Cəbrayıl
2020-ci ilin payızında torpaqlarımızın Ermənistan ordusunun işğalından azad edilməsi uğrunda aparılan 44 günlük müharibə Zəfərlə nəticələndi. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər il oktyabr ayının 4-ü “Cəbrayıl şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Erməni vandallarının viran qoyduğu Cəbrayıl şəhəri və Cəbrayıl rayonu Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində günbəgün yenidən qurulur, abadlaşır, cəbrayıllılar öz doğma yurdlarına qayıdırlar.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Cəbrayıl” elektron layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu haqqında ümumi məlumatı, 30 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan sonra böyük vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.
Füzuli
Müzəffər Azərbaycan ordusunun 2020-ci ilin payızında torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda apardığı 44 günlük müharibə Zəfərlə nəticələndi. Füzuli rayonunun işğal altında olan hissəsi əsgər və zabitlərimizin şücaəti, şəhid və qazilərimizin qanı bahasına azad edildi. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il oktyabr ayının 17-sinin “Füzuli şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Erməni vandallarının viran qoyduğu Füzuli şəhəri və Füzuli rayonu Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində günbəgün yenidən qurulur, abadlaşır, füzulililər öz doğma yurdlarına qayıdırlar.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Füzuli” layihəsi Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonu haqqında ümumi məlumatı, 30 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan sonra böyük vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.
Zəngilan
Müzəffər Azərbaycan ordusunun 2020-ci ilin payızında torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda apardığı 44 günlük müharibə Zəfərlə nəticələndi. Zəngilan rayonunun ərazisi əsgər və zabitlərimizin şücaəti, şəhid və qazilərimizin qanı bahasına azad edildi. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il 20 oktyabr tarixinin “Zəngilan şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Erməni vandallarının viran qoyduğu Zəngilan şəhəri və Zəngilan rayonu Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində günbəgün yenidən qurulur, abadlaşır, zəngilanlılar öz doğma yurdlarına qayıdırlar.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Zəngilan” layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu haqqında ümumi məlumatı, 28 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan sonra böyük vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.
Qubadlı
Müzəffər Azərbaycan ordusunun 2020-ci ilin payızında torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda apardığı 44 günlük müharibə Zəfərlə nəticələndi. Qubadlı rayonunun ərazisi əsgər və zabitlərimizin şücaəti, şəhid və qazilərimizin qanı bahasına azad edildi. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il 25 oktyabr tarixinin “Qubadlı şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Erməni vandallarının viran qoyduğu Qubadlı şəhəri və Qubadlı rayonu Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində günbəgün yenidən qurulur, abadlaşır, qubadlılılar tədricən öz doğma yurdlarına qayıdırlar.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Qubadlı” layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonu haqqında ümumi məlumatı, 28 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan sonra böyük vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.
Ağdam
44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər ilin noyabr ayının 20-sinin “Ağdam şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.
Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində Qafqazın “Xirosiması” adlandırılan Ağdam şəhəri və Ağdam rayonunun yaşayış məntəqələri müasir tələblərə uyğun şəkildə yenidən qurulur.
Prezident Kitabxanasının hazırladığı “Ağdam” elektron layihəsi Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam rayonunun tarixi, 28 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimiz, işğaldan sonra böyük vüsət alan genişmiqyaslı bərpa və quruculuq işləri və Böyük Qayıdış barədə seçmə materiallardan ibarət elektron topludur.
Kəlbəcər
44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər ilin noyabr ayının 25-nin “ Kəlbəcər şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.
Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində Kəlbəcər şəhəri və Kəlbəcər rayonunun yaşayış məntəqələri müasir tələblərə uyğun şəkildə yenidən qurulur.
Prezident Kitabxanasının hazırladığı “Kəlbəcər” elektron layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunun tarixi, 28 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimiz, işğaldan sonra böyük vüsət alan genişmiqyaslı bərpa və quruculuq işləri və Böyük Qayıdış barədə seçmə materiallardan ibarət elektron topludur.
Məhəmməd Füzuli. Elektron kitabxana
"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Prezident Kitabxanasının əməkdaşları görkəmli şair və mütəfəkkir Məhəmməd Füzulinin həyat və yaradıcılığına dair 5 bölmədən ibarət "Məhəmməd Füzuli. Elektron kitabxana" adlı elektron resurs yaradıblar. Elektron resursda Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat, onun şair, filosof, divan janrının görkəmli nümayəndələrindən biri kimi fəaliyyətinə dair müxtəlif dillərdə olan kitab və məqalələrin elektron variantı toplanmışdır. Bu layihənin "Biblioqrafiya" bölməsində Məhəmməd Füzuli haqqında kitab və dövri mətbuat materiallarının biblioqrafiyasından əlavə məcmuələr və avtoreferatlar haqqında da geniş məlumat əldə etmək olar.
СOP29 Azərbaycan
2023-cü il dekabrın 11–də COP28-in Dubayda keçirilmiş plenar iclasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un 11-22 noyabr 2024-cü il tarixində Azərbaycanda, Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il həm də olkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Prezident Kitabxanası tərəfindən bu məqsədlə Azərbaycan, ingilis və rus dillərində “COP29 Azərbaycan” adlı elektron layihə hazırlanmışdır. Altı bölmədən ibarət olan layihənin “COP” adlı birinci bölməsində COP-un tarixi, indiyədək keçirilmiş konfransları haqqında məlumat verilir. “COP29” bölməsində ölkəmizin bu mötəbər beynəlxalq tədbirə hazırlığı, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi, Sədrlik haqqında materiallar öz əksini tapır. “Rəsmi sənədlər” və “Xronika” bölmələrində bu konfransla bağlı Prezidentin imzaladığı fərman və sərəncamların, AZƏRTAC-ın və digər informasiya agentliklərinin məlumatlarının tam mətnləri toplanmışdır. “E-resurslar” bölməsində layihənin mövzusuna dair Prezident Kitabxanasının fondunda olan müxtəlif dillərdə kitablar və dövri mətbuatdan seçilmiş məqalələrin tam mətnləri təqdim edilir. “Biblioqrafiya” bölməsində “COP29 Azərbaycan”la bağlı dövrü mətbuatda müxtəlif dillərdə dərc edilmiş məqalələrin biblioqrafik təsvirləri toplanır.