Tədbirlər
Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
26 fevral 2025-ci ildə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Prezident Kitabxanasında tədbir keçirilib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın Oxu zalında isə faciənin qurbanlarına həsr edilmiş fotoşəkillər, kitab və dövri nəşrlərdən ibarət sərgi nümayiş olunub.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya, Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsinin müdiri Kəmalə Qasımova çıxışlarında ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağını, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunması və əsgərlərimizin qəhrəmanlıqları, 30 illik işğala və həsrətə son qoyulduğunu bildiriblər.
“Prezident Kitabxanası 20 ildə” adlı biblioqrafik göstəricinin təqdimatı keçirilib
31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Prezident Kitabxanası 20 ildə” adlı biblioqrafik göstəricinin təqdimatı keçirilib.
Prezident Kitabxanasının yaranmasının 20 illiyinə həsr edilmiş biblioqrafik göstəricidə kitabxananın sənəd-informasiya fondunun formalaşması, elektron resursların və biblioqrafik informasiya mənbələrinin yaradılması, kitabxanalararası və beynəlxalq əlaqələri haqqında çap edilmiş materiallar toplanmışdır.
Göstəricidə Kitabxananın əsas tarixləri (2003-2023) haqqında mətbuat səhifələrində və məcmuələrdə çap edilmiş məqalələr, nəşrlər, kollektiv müəllifi olduğu kitabların biblioqrafiyası illər üzrə əlifba sırası ilə verilmiş, həmçinin Kitabxananın elektron layihələri və internet səhifələrindəki fəaliyyətidə öz əksini tapmışdır.
Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə müəlliflərin əlifba göstəricisi tərtib edilmişdir.
Kitabın təqdimatında Azərbaycan Respublikasının dövlət nümayəndələri elm və mədəniyyət xadimləri, kitabxanaçılıq sahəsində ixtisaslaşmış mütəxəssislər iştirak etmişdir. Qonaqlar tədbir çərçivəsində Prezident Kitabxanasının 20 illik fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açmışdır. Daha sonra kitabın tərtibçisi, Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abasova kitab haqqında geniş məlumat vermişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədova Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş 2-ci dərəcəli “Əmək” ordenini təqdim etmişdir.
Kitabxanalar, cəmiyyətin mədəni və intellektual inkişafına böyük töhfələr verən vacib mərkəzlərdir. Onların fəaliyyəti, biliklərin yayılması, elmi araşdırmaların dəstəklənməsi və mədəniyyətin qorunması üçün əvəzolunmazdır. Tədbir iştirakçıları çıxışlarında Prezident Kitabxanasının 20 il ərzində Azərbaycan mədəniyyətinin və elminin inkişafına verdiyi töhfələr, onun müasir dövrün tələblərinə cavab verən bir mərkəzə çevrilməsi, bu sahədəki uğurlarının və əhəmiyyətinin mühüm bir göstəricisi olduğunu vurğuladılar.
20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirilib
17 yanvar 2025-ci il tarixində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Prezident Kitabxanasında tədbir keçirilib. Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov, Komplektləşdirmə, kitabişləmə və elektron kataloq bölməsinin müdiri Fəridə Hüseynova və İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova tədbirdə çıxış etmişlər.
Kitabxananın oxu zalında isə faciənin qurbanlarına həsr edilmiş fotoşəkillər, kitab və dövri nəşrlərdən ibarət sərgi nümayiş olunmuşdur. Tədbir 20 Yanvar faciəsini əks etdirən video çarxın nümayişi ilə yekunlaşmışdır.
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunmuş sərgi keçirilib
2025-ci ilin yanvar ayında Prezident Kitabxanasının Oxu zalında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 128 illiyinə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə Azərbaycanın ictimai-siyasi, dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyevin elmi əsərləri, məqalələri, Azərbaycan və rus dillində həyat və fəaliyyətini əks etdirən kitablar, avtoreferatlar, dövri mətbuat materialları toplanıb.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar 2024-cü il dekabrın 12-də Prezident Kitabxanasında tədbir keçirilmişdir. Öncə kollektiv kitabxanada yerləşən büstün önünə gül çələngi qoyaraq Ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Foto-sərgi”yə baxış keçirilmişdir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən “Kitab sərgisi” nümayiş etdirilmişdir. Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Prezident Kitabxanasının direktoru Afət Abbasova, direktor müavini Kamalə Sarıcalinskaya, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov və Kitabxana Fondu bölməsinin İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova tədbirdə çıxış etmişlər. Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət video çarxın nümayişi ilə yekunlaşmışdır.
Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanmışdır
2023-cü il dekabrın 11–də COP28-in Dubayda keçirilmiş plenar iclasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un 11-22 noyabr 2024-cü il tarixində Azərbaycanda, Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul olunub. COP29-un Bakıda keçirilməsi qərarı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il həm də olkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən bu məqsədlə Azərbaycan, ingilis və rus dillərində "COP29 Azərbaycan" adlı elektron layihə hazırlanmışdır. Altı bölmədən ibarət olan layihənin "COP" adlı birinci bölməsində COP-un tarixi, indiyədək keçirilmiş konfransları haqqında məlumat verilir. "COP29" bölməsində ölkəmizin bu mötəbər beynəlxalq tədbirə hazırlığı, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi, Sədrlik haqqında materiallar öz əksini tapır. "Rəsmi sənədlər" və "Xronika" bölmələrində bu konfransla bağlı Prezidentin imzaladığı fərman və sərəncamların, AZƏRTAC-ın və digər informasiya agentliklərinin məlumatlarının tam mətnləri toplanmışdır. "E-resurslar" bölməsində layihənin mövzusuna dair Prezident Kitabxanasının fondunda olan müxtəlif dillərdə kitablar və dövri mətbuatdan seçilmiş məqalələrin tam mətnləri təqdim edilir. "Biblioqrafiya" bölməsində "COP29 Azərbaycan"la bağlı dövrü mətbuatda müxtəlif dillərdə dərc edilmiş məqalələrin biblioqrafik təsvirləri toplanır.
Elrektron layihənin bölmələri mütəmadi olaraq yenilənir.
“Məhəmməd Füzuli. Elektron kitabxana” adlı layihə istifadəçilərə təqdim olunub
2024-cü il mayın 15-də “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar görkəmli şair və mütəfəkkir Məhəmməd Füzulinin həyat və yaradıcılığına dair 5 bölmədən ibarət “Məhəmməd Füzuli. Elektron kitabxana” adlı elektron layihə hazırlanıb. Elektron layihədə Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat, onun şair, filosof, divan janrının görkəmli nümayəndələrindən biri kimi fəaliyyətinə dair müxtəlif dillərdə olan kitab və məqalələrin elektron variantı təqdim olunur. Layihənin “Biblioqrafiya” bölməsində Məhəmməd Füzulinin əsərləri, onun haqqında yazılmış kitab və dövri mətbuat materialları, məcmuələr, avtoreferatlar toplanıb.
“Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilib
2024-cü il fevralın 20-də Prezident Kitabxanasında “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilib. Nəşr Prezident Kitabxanasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov tariximizin öyərnilməsinin vacibliyini vurğulayıb. O, “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin Qərbi Azərbaycan torpaqlarının öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbirin moderatoru Rəvan Həsənov bildirib ki, 1847-ci ilin xəritəsi Gürcüstan Hərbi Topoqrafik Baş Qərargahı və Çar Rusiyası tərəfindən hazırlanmış xəritədir. Xəritələr olduğu kimi mənbəyi göstərilməklə çap edilib. Bu zamana qədər Azərbaycan ictimaiyyəti üçün 1903-cü ildə çap edilmiş xəritənin daha çox tanış olduğunu diqqətə çatdıran R. Həsənov əlavə edib ki, həmin xəritədə də istər Qarabağ, istərsə də Şərqi Zəngəzur iqtisadi rayonlarının, eyni zamanda, Qərbi Azərbaycan ərazisində olan toponimlərin mənşələri göstərilmişdi. Amma o xəritələrdə XX əsrin əvvəllərində ermənilər tərəfindən saxtalaşdırılma, dəyişdirilmə işləri aparılıb. 1847-ci ilin xəritəsində olan toponimlər, hidronimlər və aqronimlərin faiz etibarilə daha çoxu Azərbaycan, türk mənşəlidir. Xəritənin təkcə elm sahəsində, alimlər arasında deyil, bütün dünya ictimaiyyətinə çatdırılmasının, müxtəlif dillərə tərcümə olunmasının vacibliyini vurğulayan BBMM-nin icraçı direktoru deyib ki, artıq bu prosesə başlanılıb. Xəritə rus və ingilis dilinə tərcümə olunur.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında xəritənin nəşr olunmasının ciddi bir addım olduğunu vurğulayıblar. BBMM-in bu istiqamətdə işləri sistemli şəkildə apardığı bildirilib.
Tədbir müzakirələrlə davam edib.
Prezident Kitabxanasında “Qərbi Azərbaycan. Elektron kitabxana” layihəsi istifadəyə verilmişdir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və görkəmli şəxsiyyətlərinə həsr edilmiş çoxsaylı elektron layihələr işlənilmişdir. Kitabxananın növbəti layihəsi tarixi Azərbaycan ərazisi olan Qərbi Azərbaycana həsr edilmişdir.
Bu gün monoetnik erməni dövlətinə çevrilən Qərbi Azərbaycanda xalqımıza qarşı 1905-1906, 1918-1920, 1930-cu illərdə, 1948-1953 və 1987-1991-ci illərdə kütləvi qırğınlar, soyqırımları, repressiyalar və deportasiyalar həyata keçirilmişdir. Qərbi Azərbaycanın son iki yüz illik tarixini özündə əks etdirən “Qərbi Azərbaycan. Elektron kitabxana” layihəsinın materialları 21 bölmədə ensiklopedik məlumat şəklində istifadəçilərə təqdim edilir. Layihədə həmçinin erməni vandalları tərəfindən dağıdılmış maddi-mədəniyyət nümunələri, soyqırımına məruz qoyulan toponimlərimiz haqqında məlumatlar, arxiv sənədləri, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, xəritələr, şəxsiyyətlər haqqında məlumatlar, fotoxronika və filmoqrafiya əks etdirilir. Elektron kitabxanaya Qərbi Azərbaycanla bağlı Kitabxana fonduna daxil olan 300-dən artıq kitabın və mindən artıq məqalənin mətnləri daxil edilmiş, 400-dən artıq kitabın, mindən artıq məqalənin və 35 avtoreferatın biblioqrafik təsviri verilmişdir.
Layihə Azərbaycan və rus dillərində hazırlanmışdır. Onun ingilis dilində versiyası üzərində işlər davam etdirilir.
“Qərbi Azərbaycan. Elektron kitabxana”sının materialları müntəzəm olaraq yenilənilir.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də Prezident Kitabxanasında tədbir keçirilib. Öncə Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Foto-sərgi”yə baxış keçirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən “Kitab sərgisi” nümayiş etdirilib. Ümummilli liderin zəngin irsini özündə əks etdirən “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” yenilənmiş versiyası təqdim edilib. Kitabxananın əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət etmiş, Kitabxananın foyesində qoyulan büstünün önünə gül çələngi qoyaraq onun xatirəsini dərin ehtiramla yad etmişlər.
“Kəlbəcər” layihəsi istifadəçilərə təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən noyabr ayının 25-nin “Kəlbəcər şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Kəlbəcər” elektron layihəsi noyabrın 25-də istifadəyə verilib. Layihədə Kəlbəcərin son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rəsmi sənədlər, maddi-mədəni abidələri, təhvil alındıqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında seçmə materiallar, elektron kitablar və məqalələr, biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur.
“Ağdam” layihəsi istifadəçilərə təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən noyabr ayının 20-nin “Ağdam şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Ağdam” elektron layihəsi noyabrın 20-də istifadəyə verilib. Layihədə Ağdamın son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rəsmi sənədlər, maddi-mədəni abidələri, təhvil alındıqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında seçmə materiallar, elektron kitablar və məqalələr, biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur.
Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir
2023-cü il noyabrın 7-də Prezident Kitabxanasında Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir
2020-ci ildə xalqımızın son 200 illik tarixinə parlaq səhifə - Zəfər salnaməsi yazılmışdır. Bu zəfəri dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan ordusu canı-qanı bahasına yazmışdır. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu, BMT-nin məlum qətnamələrin icrasını yerinə yetirdi. Prezident Kitabxanasının əməkdaşları tarixi qələbəmizin əhəmiyyətini nəzərə alaraq “Şuşa” layihəsi və “Zəfər günü” layihəsini hazırlamışlar. Hər iki layihə müntəzəm olaraq yenilənilir. Tədbir iştirakçıları Zəfər gününün tarixi əhəmiyyəti və onun təbliği barəsində öz fikirlərini bildirmişlər.
Kitabxanada həmçinin Zəfər gününə həsr edilmiş kitab sərgisi təşkil edilmişdir.
“Qubadlı” layihəsi istifadəçilərə təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən oktyabr ayının 25-inin “Qubadlı şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Qubadlı” elektron layihəsi oktyabrın 25-də istifadəyə verilib. Layihədə Qubadlının son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rayonun işğaldan azad edilməsinin xronologiyası, rəsmi sənədlər, maddi-mədəni abidələri, işğaldan azad olunduqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında seçmə materiallar, elektron kitablar və məqalələr, biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur.
“Zəngilan” adlı elektron layihə istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən oktyabr ayının 20-sinin “Zəngilan şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Zəngilan” elektron layihəsi istifadəyə verilib. Layihədə Zəngilanın son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rayonun işğaldan azad edilməsinin xronologiyası, rəsmi sənədlər, maddi-mədəni abidələri, işğaldan azad olunduqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında, zəngilanlıların öz doğma yurdlarına qayıtmalarına dair seçmə materiallar və mövzunu əhatə edən biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur.
“Füzuli” adlı elektron layihə istifadəçilərə təqdim olunub
Müzəffər Azərbaycan ordusunun 2020-ci ilin payızında torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda apardığı 44 günlük müharibə Zəfərlə nəticələndi. Füzuli rayonunun işğal altında olan hissəsi əsgər və zabitlərimizin şücaəti, şəhid və qazilərimizin qanı bahasına azad edildi. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il oktyabr ayının 17-sinin “Füzuli şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Erməni vandallarının viran qoyduğu Füzuli şəhəri və Füzuli rayonu Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində günbəgün yenidən qurulur, abadlaşır, füzulililər öz doğma yurdlarına qayıdırlar.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Füzuli” layihəsi Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonu haqqında ümumi məlumatı, 30 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan azad edildikdən sonra böyük vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.
“Cəbrayıl” adlı elektron layihə istifadəyə verilib
2020-ci ilin payızında torpaqlarımızın Ermənistan ordusunun işğalından azad edilməsi uğrunda aparılan 44 günlük müharibə Zəfərlə nəticələndi. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər il oktyabr ayının 4-ü “Cəbrayıl şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Erməni vandallarının viran qoyduğu Cəbrayıl şəhəri və Cəbrayıl rayonu Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində günbəgün yenidən qurulur, abadlaşır, cəbrayıllılar öz doğma yurdlarına qayıdırlar.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Cəbrayıl” elektron layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu haqqında ümumi məlumatı, 30 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan azad edildikdən sonra böyük vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.
Prezident Kitabxanasında Anım Gününə həsr edilmiş tədbir keçirilmişdir
Tədbirin əvvəlində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kitabxananın direktoru Mayıl Əhmədov anım mərasimini açaraq qeyd etmişdir ki, 2020-ci ildən etibarən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslarda və Azərbaycan diaspor təşkilatlarında Anım Günü kimi qeyd edilir. O, 2020-ci ilin payızında davam edən 44 günlük müharibə nəticəsində üç minə yaxın şəhidlərimizin, minlərlə qazilərimizin və döyüşçülərimizin qəhrəmanlıqları sayəsində xalqımızın tarixinə Zəfər salnaməsinin yazıldığını bildirmişdir. 30 il ərzində Ermənistan ordusunun qurduğu bir neçə qat hərbi-istehkam qurğularının 44 gün ərzində qəhrəman əsgər və zabitlərimiz tərəfindən darmadağın edilməsi Ermənistanı kaputilyasia aktını imzalamağa məcbur etmişdir. M.Əhmədov Müzəffər Ali Baş komandan İlham Əliyevin ordu quruculuğu sahəsində və yeritdiyi uğurlu xarici siyasət sayəsində bu gün Azərbaycanın dünyanın ən nüfuzlu ölkələr cərgəsində dayandığını bildirmişdir.
Anım mərasimində çıxış edən Kitabxananın bölmə müdirləri Nazim Mustafayev və Zakir İsmayılov Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna ehtiram göstərildiyini və onların xatirəsinin uca tutulduğunu, Anım günü və Zəfər günü münasibətilə elektron resurslar hazırlanaraq istifadəçilərin ixtiyarına təqdim etdiklərini bildirmişlər.
Prezident Kitabxanasında “Laçın” adlı elektron layihə istifadəyə verilib
2023-cü il avqustun 23-də Prezident Kitabxanasında “Laçın” elektron layihəsi istifadəyə verilib.
44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər ilin avqust ayının 26-sının “Laçın şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.
Prezident Kitabxanasının hazırladığı “Laçın” elektron layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun tarixi, 30 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimiz, işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa və quruculuq işləri və Böyük Qayıdış barədə seçmə materiallardan ibarət elektron topludur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir
2023-cü il mayın 8-də Prezident Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinin və “Heydər Əliyev. Elektron sənədlər toplusu"nun yenilənmiş variantda təqdimatı keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov çıxış edərək, tədbir haqqında ümumi məlumat verib və Ulu Öndərin keçdiyi həyat yolundan, Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü işlərdən danışıb. O bildirib: “Hazırda istər ölkə daxilində, istərsə də xarici ölkələrdə Ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər və beynəlxalq konfranslar keçirilir. Heydər Əliyevin ömür yolu, dövlətçilik missiyası və zəngin irsi yenidən öyrənilir, təhlil və təbliğ edilir. Ümummilli liderin təşəbbüsü ilə yaradılan Prezident Kitabxanası yarandığı vaxtdan etibarən onun həyat və fəaliyyətinin bütün sahələrinə aid materialların, zəngin irsinin toplanılması, sistemləşdirilməsi və onların elektron variantının hazırlanması istiqamətində sistemli iş aparır. Kitabxananın əməkdaşlarının hazırladıqları “Heydər Əliyev. Elektron sənədlər toplusu” Ulu öndərin anadan olmasının 100 illiyi ərəfəsində həm məzmun, həm də dizayn baxımından tamamilə yenilənib. Geniş oxucu kütləsinin və tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulan həmin informasiya resursu, sənədlərin və materialların rəqəmsal formatda toplanılması və təqdim edilməsi baxımından ölkədə yaradılan ən mükəmməl informasiya sistemidir”.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova Azərbaycanın inkişafı naminə ümummilli lider Heydər Əliyevin gördüyü misilsiz işlərdən danışıblar.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, həmçinin Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinə baxış keçirilib.
Akademik Zərifə Əliyeva haqqında elektron layihə hazırlanıb
15 aprel 2023-cü il tarixində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zərifə Əliyeva” elektron layihənin təqdimatı keçirilib. Təqdim edilən elektron layihə Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilir.
Layihədə materiallar 8 bölmədə qruplaşdırılıb. Elektron layihənin “Bioqrafiya” bölməsində Zərifə xanım Əliyeva və onun ailə üzvləri barəsində qısa məlumat verilib, həmçinin Zərifə xanımın elmi və ictimai sahədə fəaliyyətinin mühüm məqamları öz əksini tapıb. “Xronologiya” bölməsində isə bir alim kimi, onun keçdiyi həyat yolu, oftalmologiya sahəsində əldə etdiyi uğurlar ardıcıllıqla təqdim olunub. “Rəsmi sənədlər” bölməsində Zərifə xanım Əliyeva haqqında sənədlər yerləşdirilib. “Xatirəsinin əbədiləşdirilməsi” bölməsində isə həm ölkə daxilində, həm də xarici ölkələrdə xatirəsinə ucaldılan abidələr, adının verildiyi təsisatlar, salınan parklar, adına verilən küçələr haqqında məlumatlar illər üzrə və xronoloji ardıcıllıqla əksini tapıb.
“E-Kitablar” bölməsində Azərbaycan və rus dillərində onun müəllifi olduğu və haqqında yazılan kitabların e-versiyaları toplanılıb. “E-Məqalələr” bölməsində isə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin məqalələrinin Azərbaycan və rus dillərində elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində əsərlərinin, haqqında yazılan kitab və məqalələrin Azərbaycan, ingilis və rus dillərində biblioqrafiyası verilib.
“Fotoqalereya” bölməsində Zərifə xanımın həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanılıb.
“Zəngəzur” elektron layihəsi istifadəçilərə təqdim edilib
2022-ci ilin dekabrın 23-də Prezident Kitabxanasında Azərbaycanlıların qədim dövrlərdən etibarən yaşadıqları Zəngəzur bölgəsinin zəngin tarixi keçmişinə dair və XX əsrin əvvəlində Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi nəticəsində xalqımıza qarşı tarixi ədalətsizlikləri özündə əks etdirən “Zəngəzur” elektron resursu istifadəçilərə təqdim edilib.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu layihənin “Ümumi məlumat” fəslində Zəngəzurun tarixi coğrafiyası, əhalisi, oykonimləri, oronimləri, hidronimləri, flora və faunası, təbii ehtiyatları haqqında mətnlər ayrı-ayrı başlıqlar altında təqdim edilir. Bu fəsildə, həmçinin qədim dövrlərdən bu günədək Zəngəzuru əhatə edən “Xəritələr” əks etdirilir. Həmin xəritələrdə Zəngəzurdakı toponimlərin azərbaycanlılara məxsus olduğu əyani şəkildə görünür.
Elektron layihənin “Tarix” fəslində “Zəngəzur qədim və orta əsrlərdə”, “Rusiya işğalı dövrü”, “1905-1906-cı illər qırğınları”, “1918-1920-ci illər qırğınları”, “Qərbi Zəngəzurun Ermənistana verilməsi”, “Repressiya və deportasiya illəri”, “1988-1989-cu illər deportasiyası”, “Şərqi Zəngəzur işğal illərində” başlıqlı mətnlər istifadəçilərə təqdim edilir.
44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilən Şərqi Zəngəzur rayonları haqqında, yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumatlar “Azad Şərqi Zəngəzur” bölməsində xronoloji ardıcıllıqla öz əksini tapır.
Elektron layihənin “Tarixi-memarlıq abidələri” bölməsində həm Şərqi Zəngəzurda, həm də Qərbin Zəngəzurda mövcud olan tarixi-memarlıq abidələri haqqında şəkilləri də daxil olmaqla dolğun məlumat verilir.
Kitabxananın fonduna daxil olan Zəngəzur haqqında kitab və məqalələrin elektron versiyaları “E-resurslar” fəslində əks etdirilir.
Layihənin “Biblioqrafiya” bölməsində Zəngəzur haqqında kitabların və məqalələrin, habelə ayrı-ayrı məcmuələrdə dərc edilən materialların biblioqrafiyaları verilir.
“Fotoqalereya” bölməsində Zəngəzurun mənzərəli yerlərinin, erməni vandalları tərəfindən dağıdılmış memarlıq abidələrinin şəkilləri, habelə Şərq Zəngəzurda və Zəngəzur dəhlizində həyata keçirilən bərpa-quruculuq işlərini özündə əks etdirən fotolar xronoloji ardıcıllıqla təqdim edilir.
“Şuşa” elektron layihəsi istifadəyə verilib
2021-ci ilin noyabrın 5-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan ordusunun işğalından azad olunmasının ildönümü münasibətilə Prezident Kitabxanasında “Şuşa” adlı elektron layihənin və Suşa şəhərinə dair geniş fotosərginin təqdimat mərasimi keçirilib.
Azərbaycan, ingilis və rus dillərində olan layihə 6 fəsildən, 23 alt bölmədən ibarətdir. “Tarix” adlanan birinci fəsildə Şuşa şəhərinin salınmasından günümüzədək şəhərin tarixinə dair ən mühüm məqamlar öz əksini tapır. Layihənin “Sosial-mədəni həyat” adlanan fəslində 1992-ci ildə şəhərin işğalınadək şəhər əhalisinin dinamikası, milli tərkibi və mədəni həyatı haqqında müfəssəl məlumat verilir. “Görkəmli şəxsiyyətlər” fəslində Azərbaycanın elm, təhsil, mədəniyyət, incəsənət, musiqi, ədəbiyyat, hərb sahəsində Şuşanın məşhur simaları haqqında bioqrafik məlumatlar toplanılmışdır. “Sənədlər” bölməsində Şuşa haqqında Rusiya işğalı dövründən etibarən bu günədək qəbul edilən mühüm sənədlərin mətnləri toplanıb. “E-resurslar” və “Biblioqrafiya” fəslində isə kitabxananın fonduna daxil olan məqalə və kitabların həm elektron versiyaları, həm də biblioqrafiyası xronoloji ardıcıllıqla verilmişdir.
Prezident Kitabxanasında 20 Yanvar faciəsinə dair foto və kitab sərgisi keçirilib
17 yanvar 2020-ci il tarixində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Prezident Kitabxanasında nümayiş etdirilən foto və kitab sərgisinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan, ingilis və rus dillərində hazırlanan “20 Yanvar. Təcavüz. 1990” elektron layihənin yenilənmiş versiyası da təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin 20 yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi haqqında Sərəncamına əsasən Bakının 6, 8 və 23 saylı tam orta məktəblərinin bir qrup şagirdlərinin, dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Kitabxananın Oxu zalında Kitabxana əməkdaşlarının hazırladıqları və 20 Yanvar qurbanlarının xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Tədbir iştirakçılar həmçinin foto və kitab sərgisi ilə də tanış olublar.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirmişdir ki, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğınlardan 30 il ötür. Bu müddətdə 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası, ibrət dərsləri haqqında bir sıra tədqiqatlar aparılmış, məqalələr və kitablar yazılmış, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qanlı hadisəyə ölkənin ali qanunvericilik orqanı tərəfindən siyasi-hüquqi qiymət verilmişdir, sistemləşdirilmiş bir məlumat bazası yaradılmışdır.
Tədbirdə Bakı şəhəri 23 saylı tam orta məktəbin direktoru Yuliya Kərimova, professor Elçin Əhmədov, Dövlət Arxivinin direktoru Emin Sərdarov, Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Prezident Administrasiyasının məsul əməkdaşı Fazil Zeynalov çıxış edərək bu layihənin 20 Yanvar hadisələrinin öyrənilməsində və təbliğində çox dəyərli mənbə olduğunu vurğuladılar.
“Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib
2020-ci ilin yanvarın 10-da Prezident Kitabxanasının əməkdaşlarının hazırladığı “Azərbaycan diasporu” elektron kitabxana layihəsi istifadəçilərə təqdim edilib.
Təqdimat mərasimində kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər.
Tədbiri kitabxananın direktoru Mayıl Əhmədov açaraq yeni layihə haqqında məlumat verib. Bildirib ki, azərbaycanlılar zaman-zaman müxtəlif səbəblərdən dünyanın bir sıra ölkələrinə səpələniblər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişlənib və Azərbaycan diasporunun təşkilatlanmasının yeni mərhələsi başlanıb. Bu gün dövlətimiz onun ərazisindən kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə təminat verir və onlara hamilik edir. Qeyd edilib ki, istifadəçilərə təqdim edilən “Azərbaycan diasporu” elektron kitabxanası 7 fəsildən və 19 bölmədən ibarətdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Dünya Azərbaycanlılarının I qurultayı ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülüb, Azərbaycan daha da güclənib, bizim imkanlarımız artıb. Qeyd edib ki, əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir.
Müzakirələrdə çıxış edən digər natiqlər təqdim edilən layihə barəsində fikirlərini söyləyib və təkliflərini bildiriblər.
“Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimatı keçirilib
2019-cu ilin iyulun 5-də Prezident Kitabxanasında Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimatı keçirilib.
Tədbiri açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov elektron resursun yaradılmasında məqsədin Azərbaycan diplomatiyasının keçdiyi keşməkeşli tarixi yolu işıqlandırmaq və təbliğ etmək olduğunu deyib. “Elektron resursun təqdimat mərasiminin diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti var. Məhz 1919- cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixi əsas tutularaq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il iyul ayının 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib”, - deyə o əlavə edib.
M. Əhmədov elektron resursun strukturu haqqında məlumat verərək qeyd edib ki, resurs 6 fəsil və 19 bölmədən ibarətdir. Kitabxananın direktoru istifadəçilərə təqdim edilən elektron layihənin maarifçilik xarakteri daşıdığını, xüsusən Azərbaycanın xarici siyasəti və diplomatiya tarixi sahəsində tədqiqat aparan şəxslər və KİV-lər üçün zəngin informasiya mənbəyi olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edərək təqdim edilən elektron resursun əhəmiyyətindən danışıb. O, Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı tədbirlər silsiləsinin məhz kitabxanadan başlanmasının əlamətdar hal olduğunu vurğulayıb. Bildirib ki, xarici siyasət və diplomatik fəaliyyətlər intellektual xarakter daşıyır. Buna görə də bu sahələrdə daim yeni resurslara, vacib sənədlərə, ədəbiyyata müraciət etmək lazımdır. Bu baxımdan da təqdim edilən bu resursda xarici siyasətimizin fəaliyyətinin bir sıra aspektlərini, ən vacib istiqamətlərini əhatə edən virtual müqavilə-hüquq bazası, ikitərəfli əlaqələrimizin dinamikası, dövlətimizin başçısının bilavasitə fəaliyyəti, çıxışları, nitqləri, imzaladığı sərəncamlar, o cümlədən xarici siyasət fəaliyyəti üzrə müxtəlif araşdırma materialları cəmlənib.
Sonra Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Prezident Administrasiyasının məsul əməkdaşı Gülşən Paşayeva, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalov çıxış edərək elektron layihənin əhəmiyyətindən danışıb, onun daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Akademik Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı olub
2019-cu ilin fevralın 6-da Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimatı keçirilib. Təqdimat mərasimi Prezident Kitabxanasının təşkilatçılığı və Tarix İnstitutunun dəstəyi ilə reallaşıb. Eyni zamanda Prezident Kitabxanasında xarici dillərdə çap olunan kitablarının sərgisi də təşkil olunmuşdur. Sərgidə nümayiş olunan kitablar Prezident Kitabxanasına hədiyyə edilib.
Tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq, Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən və əsərlərinin əhəmiyyətindən danışıb.
Professor Fəzail İbrahimli bildirib ki, Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə Tarix İnstitutunda son 15 ildə Azərbaycan tarixinin ən mühüm problemləri saxtalaşdırmalardan və təhriflərdən təmizlənib. İnstitutda Qarabağ, İrəvan, Naxçıvan, soyqırımları və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb.
Milli Məclisin deputatı Fəzail Ağamalı, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri Tofiq Nəcəfli, Cəbi Bəhramov, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli və başqaları qeyd ediblər ki, Tarix İnstitutu əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır.
Qeyd olunub ki, 2018-ci ildə Tarix İnstitutunun təşəbbüsü ilə Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə sənəd topluları, soyqırımı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi polyak dilinə tərcümə olunur. Yaxın zamanlarda xaricdə yeni Azərbaycanşünaslıq mərkəzləri açılacaq.
Sonda Yaqub Mahmudov Prezident Kitabxanasının kollektivinə tədbirin təşkilinə görə təşəkkür edib. Bildirib ki, Prezident İlham Əliyevin himayəsi və dövlətimizin xüsusi qayğısı sayəsində Azərbaycan tarix elmi böyük uğurlar əldə edib.
“İlham Əliyev. Elektron külliyyat” adlı yeni elektron layihənin təqdimatı olub
2018-ci il mayın 1-də Prezident Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən “İlham Əliyev. Elektron külliyyat” adlı yeni elektron layihənin təqdimatı olub.
Tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində yaranmış çox nəhəng sənəd kütləsini yalnız müasir informasiya texnologiyalarının son nailiyyətlərini tətbiq etməklə geniş oxucu auditoriyası üçün əlçatan etmək mümkündür. Məhz bu məqsədlə yaradılmış, sadə axtarış forması olan layihədə toplanmış materiallardan istənilən şəxs asanlıqla istifadə edə bilər. Dörd fəsildən ibarət layihədə dövlətimizin başçısının fəaliyyətinə dair mətbuatda çap olunmuş materialların tam mətni ilə yanaşı, biblioqrafik informasiya da toplanıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, təqdim olunan layihə müasir Azərbaycanın bugünkü həyatı ilə sıx bağlıdır, onun dinamik inkişafını əks etdirən çox zəngin sistemli mənbədir. Aydındır ki, biz son illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yüksək inkişaf dinamikasından bəhs edirik. Bu gün ölkə həyatının ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrinə diqqət yetirdikdə görürük ki, aparılan köklü islahatların məntiqi nəticəsi kimi gündən-günə daha da möhkəmlənən ictimai-siyasi sabitlik, sosial-iqtisadi dəyişikliklər əhalinin əhval-ruhiyyəsinə də müsbət təsir edir. Azərbaycanın həyatının hər hansı bir sahəsini öyrənmək, ona qiymət vermək istəyən tədqiqatçı-ekspert, istər-istəməz dövlət siyasətinin mahiyyətini araşdırmalıdır. Dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində əsas müəllif, təşəbbüskar və onun ilk mühüm icraçısı təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu baxımdan təqdimatı keçirilən portal çox mühüm mənbə rolunu oynayır. Çünki qeyd edildiyi kimi, bu portalda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün sahələri öz əksini tapıb, sistemləşdirilib. Burada istər daxili siyasət, istər xarici siyasət, neft diplomatiyası, qeyri-neft sektoru, regionların inkişafı, idman, mədəniyyət, təhsil və s. sahələrlə bağlı bütün materiallar xronoloji ardıcıllıqla sistemli şəkildə toplanılıb.
Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Prezident Kitabxanasının əvvəlki layihələri kimi, bu portal da ölkəmizin həyatının müxtəlif sahələrinin öyrənilməsində mühüm rol oynayacaq.
“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimatı keçirilib
2018-ci ilin martın 29-da Prezident Kitabxanasında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü ilə nəşr edilən kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir. Nəşrin elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli çıxış edərək deyib ki, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi həqiqətlərin təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilib.
SAM-ın direktoru Fərhad Məmmədov erməni saxtakarlığının ifşa edilməsi istiqamətində Mərkəzin fəaliyyətindən danışıb, bununla bağlı istər yerli, istərsə də xarici mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bu gün təqdimatı keçirilən kitabın məhz belə bir əməkdaşlıq sayəsində ərsəyə gəldiyi qeyd edilib.
Nəşrin müəllifləri A. Qurbanov, E. Əlili və N. Mustafa region xalqlarının maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, kitabda bütün bu məsələlər anlaşılan dildə və faktlara əsaslanaraq əksini tapıb.
“Azərbaycan–UNESCO əlaqələri” adlı elektron layihənin təqdimatı olub
2017-ci il dekabrın 25-də Prezident Kitabxanasında “Azərbaycan–UNESCO əlaqələri” elektron layihəsi istifadəçilərə təqdim edilib.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, Azərbaycanın UNESCO-ya üzv qəbul olmasından 25 il ötür. Azərbaycan bu quruma 1992-ci il iyulun 3-də üzv qəbul olunsa da, əlaqələrin genişləndirilməsi 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanıb. Azərbaycan-UNESCO əlaqələrinin inkişafında ən mühüm addım Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Respublikasına 1993-cü ilin dekabrında ilk rəsmi səfəri çərçivəsində UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü zamanı atılıb. Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri və inkişaf perspektivləri müzakirə edilib və Memorandum imzalanıb.
UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə sıx bağlıdır. Mehriban xanım Əliyevanın ölkəmizin zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqi sahəsində xidmətlərinə görə 2004-cü il avqustun 13-də bu qurumun Xoşməramlı səfiri adına layiq görülməsindən sonra UNESCO ilə Azərbaycan arasındakı əlaqələr daha sürətlə inkişaf etməyə başlayıb.
Elektron resurs iki dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb. Elektron resursun strukturu haqqında ətraflı məlumat verən kitabxananın direktoru bildirib ki, resurs 6 əsas bölmədən və 46 yarımbölmədən ibarətdir.
“Azərbaycan və İslam dünyası” elektron layihəsinin təqdimatı olub
2017-ci il iyunun 6-da Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.
Təqdimat mərasimini giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İslam aləminin bir parçası olan, müsəlman dünyasına və eləcə də bəşəriyyətə görkəmli simalar bəxş edən Azərbaycanın hər zaman sanki bir cazibə mərkəzi olduğunu söyləyib. O deyib ki, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan bütün ictimai-siyasi quruluşlar zamanı islami dəyərləri yaşatmaqla bərabər, Qərbin mütərəqqi ideyalarını da mənimsəyib və özünəməxsus şəkildə inkişaf etdirib. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik cümhuriyyət yüz il öncə məhz Azərbaycanda qurulub. Sovetlər dönəminin bütün dini təzahürlərə qarşı ən repressiv üsullarla mübarizə apardığı dövrdə belə, Azərbaycan xalqı öz dini adət-ənənələrini və milli-mənəvi dəyərlərini yaşadıb.
Daha sonra Mayıl Əhmədov qeyd edib ki, hazırda qloballaşan dünyada gedən proseslər göstərir ki, müsəlman dünyasının əvvəlki dövrlərdə heç olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir. Bütün bunları nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan və İslam dünyası” adlı elektron layihə hazırlayıblar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
10 may 2017-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Prezident Kitabxanasının Konfrans zalında tədbir keçirilib. Tədbir iştirakçıları kitabxanada yerləşən büstün önünə gül çələngi qoyaraq Ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş və Oxu zalında təşkil olunmuş kitab sərgisinə baxıblar.
Tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, Azərbaycanın dünyaya bəxş etdiyi dahi şəxsiyyətlər arasında Heydər Əliyev özünün müstəsna xidmətləri ilə seçilir. Onun adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunub. Onun bir qərinəlik irsi yaxın keçmişimizin güzgüsüdür. Heydər Əliyev irsi həm tarixi salnamədir, həm də bu günümüzə və gələcəyimizə işıq saçan sanki bir mayakdır.
Tədbir iştirakçıları qeyd ediblər ki, Heydər Əliyevin zəngin idarəetmə təcrübəsi sayəsində özündən əvvəlki hakimiyyətlər dövrünün səriştəsiz idarəçiliyindən miras qalmış hərc-mərcliyə, anarxiyaya, özbaşınalığa son qoyulub.
Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi potensialı və bərqərar olan sabitlik imkan verir ki, ölkəmiz bir sıra beynəlxalq miqyaslı tədbirlərə və idman yarışlarına ev sahibliyi etsin.
Tədbirdə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları, ümummilli liderin həyat və fəaliyyətinin bütün məqamlarını, onun zəngin irsini, haqqında yazılan kitab və məqalələri özündə əks etdirən, hazırda çox böyük istifadəçi kütləsinə malik olan “Heydər Əliyev. Elektron sənədlər toplusu”nun yeni-yeni materiallarla daha da zənginləşdirilməsi qərara alınıb.
Tədbirin sonunda Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş edilib.
“Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı keçirilib
2017-ci ilin mart ayının 29-da Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.
Layihə haqqında məlumat verən kitabxananın direktoru Mayıl Əhmədov bildirdi ki, bu layihə Azərbaycan ilə Özbəkistan arasında ictimai-siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının parlaq təzahürüdür. Bu cür təşəbbüslərin həyata keçirilməsi əməkdaşlığımızın tərəqqisinə böyük təkan verir.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məlumat verdi ki, həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqları yaradılıb. Milli mədəni irsimizin qardaş ölkədə tanıdılması, təbliği istiqamətində görülən işlər barədə də məlumat verən S. Abbasov bildirdi ki, Azərbaycan kəlağayılarına həsr olunmuş tədbirlər yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan kino sənətinin təbliğinə də xüsusi diqqət yetirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, millət vəkilləri Siyavuş Novruzov, Elman Nəsirov, Elmira Axundova, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, yazıçı-publisist Yunus Oğuz, Ş. Salamov və digər çıxış edənlər ölkəmizin Özbəkistandakı səfirliyi tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndiriblər.
Sonda “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filmi nümayiş olunub.
“Əsrin faciəsi" sənədli filminin və “Soyqırım Muzeyi” kitab-albomun təqdimatı keçirilib
2017-ci il fevralın 16-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimatı keçirilib.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, bu günlər həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində XX əsrin faciəsi - Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir.
Azərbaycan Respublikasının Hərbi prokuroru, Əməkdar Hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən - tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir.
Tədbirdə vurğulanıb ki, muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barəsində tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında onların təbliğini genişləndirməkdir.
“Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” adlı elektron layihənin təqdimatı keçirilib
25 yanvar 2017-ci ildə Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” adlı elektron layihənin təqdimatı olub.
Tədbir iştirakçıları əvvəlcə Oxu zalında təşkil edilən “Əziz Əliyev-120” sərgisi ilə tanış olublar.
Sonra Konfrans zalında elektron layihənin təqdimatı keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, hər bir xalqın tarixində keçdikləri həyat yolu ilə hər zaman xatırlanan və nəsillərə örnək olan şəxsiyyətlər var. Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyev belə şəxsiyyətlərdəndir. Mayıl Əhmədov Azərbaycan və rus dillərində hazırlanan elektron layihə haqqında geniş məlumat verib.
Digər çıxış edənlər də görkəmli dövlət və elm xadimi Əziz Əliyev haqqında ürək sözlərini söyləyib, unudulmaz alimin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursu yüksək dəyərləndiriblər.
Prezident Kitabxanasında bir sıra nəşrlərin təqdimatı keçirilib
2016-cı ilin noyabrın 24-də Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” əsərlərinin təqdimatı olub.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun, Prezident Kitabxanasının və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “İrəvan xanlığı” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.
Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır. “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçalarının müəllifi, Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının müəllifi isə bu elm müəssisəsinin aparıcı elmi işçisi Güntəkin Nəcəflidir.
Tədbirdə çıxış edən Güntəkin Nəcəfli, Nazim Mustafa, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, Milli Məclisin deputatı Fəzail İbrahimli və başqaları İrəvan torpağının qədim Azərbaycana aid olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.
Görkəmli kitabxanaşünas alim Abuzər Xələfovla görüş keçirilib
17 noyabr 2016-cı il tarixində Prezident Kitabxanasının Konfrans zalında görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilib.
Görüş Abuzər Xələfovun 85 illik yubileyi çərçivəsində təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, bu gün Azərbaycan kitabxanaçılarının mütləq əksəriyyəti Abuzər Xələfov məktəbinin yetirmələridir. Vurğulanmışdır ki, Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi məktəb yaradıb, bu sahə üzrə elmi-pedaqoji kadrların hazırlığında böyük işlərə imza atıb. O, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı neçə-neçə tədqiqatçının elmi işinə rəhbərlik edib. Onun monoqrafiyaları və dərslikləri tələbələrin, o cümlədən tədqiqatçıların masaüstü kitablarıdır.
Görüşdə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktor müavini Mələkxanım Hacıyeva, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəllimləri, dosentlər Sevda Quliyeva və Rasim Süleymanov, Xətai Rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev və Prezident Kitabxanasının sektor müdiri Əliyusif Məmmədov çıxış edərək Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsindəki tədqiqatlarından, ölkəmizdə kitabxanaçılar ordusunun yetişdirilməsində göstərdiyi fədakar əməyindən, xeyirxah əməllərindən danışmış, onu Azərbaycan kitabxanaçılarının patriarxı kimi xarakterizə etmişlər.
Tədbirin sonunda yubilyar onun əməyinə göstərilən böyük diqqətə görə təşəkkürünü bildirmiş, keçdiyi həyat yolundan bəhs etmişdir.
“Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimatı keçirilib
2016-cı ilin oktyabrın 14-də Prezident Kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimatı keçirilib.
Təqdimat mərasimini açan Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilib. Həmin sərəncamın icrası məqsədilə Dövlət başçısının 2016-cı il martın 11-də təsdiq etdiyi “Tədbirlər Planı”nda “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılması müvafiq dövlət orqanları ilə birgə Prezident Kitabxanasına həvalə edilib. Bu məqsədlə Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanan veb sayt və elektron kitabxana Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini tam dolğunluğu ilə əhatə edir. Kitabxananın direktoru Veb saytın quruluşu barədə geniş məlumat verib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva və Azərbaycanda fəaliyyət göstərən etnik-mədəni mərkəzlərin və cəmiyyətlərin təmsilçiləri, multikulturalizm mövzusunda tədqiqat aparan mütəxəssislər, ölkəmizdəki milli azlıqların mədəniyyət mərkəzlərinin rəhbərləri çıxış edərək yeni resursun mühüm əhəmiyyət daşıdığını söyləyərək təkliflərini səsləndiriblər.
Sonda Prezident Kitabxanasının direktoru “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının hazırlanmasında göstərdikləri köməyə görə AZƏRTAC-ın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun rəhbərliyinə və ayrı-ayrı müəlliflərə minnətdarlığını bildirib.
“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib
2016-cı il oktyabrın 13-də Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim edilən əsər haqqında qısa məlumat verərək fundamental elmi araşdırma olan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşrini müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisə adlandırıb. Bildirilib ki, Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin, AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsinin akademik katibi, akademiyanın müxbir üzvü Nərgiz Axundovanın, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun, AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın, Milli Məclisin deputatı Fəzail Ağamalının və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun çıxışları dinlənilib. Çıxış edənlər bildiriblər ki, kitabda Azərbaycan dövlətçilik tarixinin son 25 illik dövrünün hər bir mühüm məqamı əksini tapıb. Tarix İnstitutunun əməkdaşları ilə yanaşı, tanınmış mütəxəssislərin böyük zəhməti sayəsində işıq üzü görən bu fundamental kitablar Azərbaycanın ən yeni tarixinin araşdırılmasına və yubileyə gözəl hədiyyədir. Dövlətçilik ənənələrinin lakonik formada təqdim olunması əsərin dəyərini daha da artırır.
“Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” əsərinin təqdimatı keçirilib
2016-cı il iyul ayının 22-də Prezident Kitabxanasında “Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimat mərasimi keçirilib.
Milli Məclisin deputatların, tarixçi alimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim olunan əsər haqqında qısa məlumat verib. O bildirib ki, tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirovun və ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovun birgə müəllifi olduqları bu kitab Qarabağın islamaqədərki tarixinə yeni elmi faktlarla işıq salır.
Kitabın müəlliflərindən biri olan ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorov tədbirə onlayn qoşularaq tədqiqatın aktuallığından danışıb. Diqqətə çatdırıb ki, XX əsrin 80-ci illərinin sonundan bəri Azərbaycan xalqının yaşadığı ərazi bütövlüyü problemi ilə 2013-cü ildən başlayaraq Ukrayna da qarşılaşıb.
Qeyd edilib ki, təqdimatı keçirilən kitab tarixin ən dərin qatlarına işıq salaraq mühüm məqamları üzə çıxarır. Rus dilində yazılan bu əsər daha geniş auditoriyanı əhatə edir ki, bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıyır.
Daha sonra siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov kitabın I cildi haqqında geniş məlumat verib. Bildirib ki, bu cild ön sözdən və 4 fəsildən ibarətdir. Ön sözdə çoxsaylı nümunələr əsasında erməni tarixşünaslığının saxtakarlıq ənənələrinə nəzər salınır, oxucular ermənilərin Azərbaycan tarixi ilə yanaşı, digər xalqların - gürcülərin, türklərin, rusların, ukraynalıların mədəni və tarixi irsinə qarşı irəli sürdükləri əsassız iddialarla tanış edilir.
Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, professor Məmməd Əliyev, millət vəkilləri Hikmət Babaoğlu, Musa Qasımlı, Elman Nəsirov, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu əsər Azərbaycanın az öyrənilmiş tarixinə işıq salır. Kitabda erməni saxtakarlığı erməni müəlliflərinin öz dili ilə ifşa edilib ki, bu da çox vacibdir.
“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” tammətnli elektron nəşrinin təqdimatı keçirilib
2016-cı ilin iyun ayının 9-da Prezident Kitabxanasında “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı tammətnli elektron nəşrin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı və xoşməramlı səfir kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çox böyük işlər gördüyünü bildirib. Qeyd edilib ki, elektron nəşrə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi işə başladığı dövrdən bu günə qədər Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair Azərbaycan dilində AZƏRTAC-ın, Prezident Kitabxanasının abunə olduğu 100-ə yaxın qəzet və jurnalın, digər kütləvi informasiya vasitələrinin seçilmiş materialları daxil edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zakir Həşimov və başqaları təqdim olunan elektron nəşrin əhəmiyyətindən, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, onun rəhbərliyi ilə mədəniyyət, səhiyyə, elm, təhsil, idman, ekologiya və digər sahələrdə həyata keçirilən layihələrdən, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərdən, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfədən danışıblar.
“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib
2016-cı il fevralın 19-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun birgə layihəsi əsasında hazırlanmış və nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov təqdim olunan kitabın əhəmiyyətindən danışmışdır.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qəsbkar ermənilərin zaman-zaman işğalçılıq siyasəti apardıqlarını, qanlı cinayətlər törətdiklərini bildirib.
Ermənilərin Azərbaycan xalqına qarşı 1918-ci ildə törətdikləri soyqırımı barədə danışan alim, məkrli düşmənin işğalçılıq siyasətini davam etdirdiyini söyləyib.
Qeyd olunub ki, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabında bədnam ermənilərin törətdikləri qanlı faciələr haqqında ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev nəşrlə bağlı fikirlərini bölüşüb.
“Türk xalqlarının kitab abidələri” adlı Elektron kitabxananın təqdimatı keçirilib
8 oktyabr 2015-ci ildə Prezident Kitabxanasının Konfrans zalında “Türk xalqlarının kitab abidələri” adlı Elektron kitabxananın təqdimatı keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov elektron layihə barədə məlumat verib. Bildirib ki, əməkdaşlar türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlayıb, bir qisminin isə elektron versiyalarını virtual məkandan toplayaraq bu resursu yaradıblar.
Direktor qeyd edib ki, bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.
Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Məhərrəm Qasımlı, Buludxan Xəlilov və digər çıxış edənlər elektron kitabxananın əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, bu resurs türk xalqları arasında ilk dəfə Azərbaycanda hazırlanmış ciddi bir layihədir. Bu layihə türk xalqlarına məxsus olan müştərək yazılı abidələri bir sistem kimi elektron versiyada təqdim edir. Buraya xüsusilə qədim dövrdən başlayaraq bütün müştərək yazılı abidələr daxil olunub. Bu resursda diqqəti cəlb edən, türkoloji düşüncənin inkişafında mühüm addım hesab olunan əsas amil ondan ibarətdir ki, resursda ən görkəmli türkoloqların türk xalqlarına məxsus olan yazılı abidələri barəsində tədqiqatları yer alıb.
“Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimatı keçirilib
2015-ci il may ayının 6-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycanın neft strategiyasının banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fazil Zeynalovun Kanadanın məşhur “Publibook” nəşriyyatında fransız dilində nəşr olunmuş “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimatı keçirilib.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov Azərbaycan neftinin tarixi, ixracı və bugünkü ehtiyatları barədə ətraflı informasiyanın toplandığı kitabın Kanadada fransiz dilində nəşr edilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. M. Əhmədov xarici dillərdə çap olunan bu cür kitabların fransızdilli ölkələrdəki müxtəlif elmi mərkəzlərə, kitabxanalara və ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayıb, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu nəşrlərin böyük əhəmiyyətini qeyd edib.
Təqdimat mərasimində Fazil Zeynalov kitab haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, əsası ümummilli lider tərəfindən qoyulan neft strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. F. Zeynalov vurğulayıb ki, kitabda neft strategiyasının mahiyyəti və özünəməxsus xüsusiyyətləri regional kontekstdə dəyərləndirilib və bu strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycanın böyük əhəmiyyətə malik regional layihələrin aparıcısı kimi çıxış etməsi və qlobal səviyyəli faktora çevrilməsi əsaslandırılıb.
Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov, Milli Məclisin deputatları Sahibə Qafarova, Musa Qasımlı və başqaları çıxış edərək F. Zeynalovun elmi və ictimai-siyasi fəaliyyətindən söz açıb, azərbaycanlı alimin ölkəmizin neft tarixindən, respublikamız müstəqilliyini bərpa etdikdən sonra bu sahədə həyata keçirilən layihələrdən və əldə olunan uğurlardan bəhs edən kitabının xarici ölkədə fransız dilində nəşr olunmasını yüksək dəyərləndiriblər.
“Dünyanı bəzəyən Abbasın tarixi” kitabının təqdimatı keçirilib
2015-ci ilin fevralın 9-da Prezident Kitabxanasında XVI əsrdə yaşamış görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixi-aləm arayi-Abbasi”) əsərinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilib.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov “Dünyanı bəzəyən Abbasın tarixi” kitabının Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı doğma dilimizə tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.
“Dünyanı bəzəyən Abbasın tarixi” əsərini Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbə, tarix elmi üçün mühüm hadisə adlandıran Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA- nın müxbir üzvü Yaqub Mahmudov kitabın əhəmiyyətindən və məziyyətlərindən danışıb. Bildirilib ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın orta əsərlərdə də möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir.
Tədbirdə professor Şahin Fərzəliyev kitabın ərsəyə gəlməsindən, tərcümə prosesindən, əsərin elmi mahiyyətindən, İsgəndər bəy Münşinin həyatından söz açıb. Bildirilib ki, Şah Abbasın sarayında xidmət etmiş görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşi əsəri fars dilində qələmə alıb. O, zəngin biliyə malik olmaqla yanaşı həm də şair, nasir, xəttat idi. İsgəndər bəy gənc yaşlarında Səfəvi ordusunda xidmət edib, sonralar Şah Abbasın sarayında münşi (katib) vəzifəsində çalışıb.
Təqdimat mərasimində akademik Vasim Məmmədəliyev, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, dosentlər Tofiq Nəcəfli, Elxan Əzizov və başqaları çıxış edərək İsgəndər bəy Münşinin bu qiymətli kitabının onun doğma dilində çap olunmasının əhəmiyyətindən danışıb, əsərin Azərbaycan tarixşünaslığı və elmi ictimaiyyətimiz üçün mühüm töhfə olduğunu söyləyiblər.
“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihənin təqdimatı keçirilib
2015-ci il yanvarın 28-də Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron layihənin təqdimatı keçirilib.
Müxtəlif qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın tarixinə, mədəniyyətinə dair əhəmiyyətli materialların elektron formatda, internetdə daha çox yayılmasına böyük önəm verdiyini vurğulayıb. “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” layihəsinin Azərbaycan və ingilis dillərində hazırlandığını diqqətə çatdıran M. Əhmədov vurğuladı ki, məqsəd ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdəki maddi və mədəni sərvətimizin - çoxsaylı tarixi abidələrin necə dağıdıldığı, məhv edildiyi, əksiyyətinin isə erməniləşdirildiyi barədə materialları, fotoşəkilləri internet vasitəsilə dünya ictimaiyyətinə çatdırmaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov mənfur ermənilərin zaman-zaman həyata keçirdikləri işğalçılıq siyasətindən, torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb. Qeyd edilib ki, Anadolu türklərinə, azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər dünya ictimaiyyətini çaşdırmaq məqsədilə qondarma “erməni soyqırımı”nın 100 illiyini keçirmək istəyirlər.
Təqdim edilən elektron layihənin əhəmiyyətindən söz açan Y.Mahmudov deyib ki, erməni vəhşiliklərini əks etdirən məlumatlar dünya ictimaiyyətinə daha ətraflı çatdırılmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, əslində soyqırımı törədənlər qəsbkar ermənilərdir.
Digər çıxış edənlər də məkrli erməni siyasəti nəticəsində tarixdə baş vermiş qanlı cinayətlərdən söz açıb, layihə ilə bağlı fikirlərini bildiriblər.
“Naxçıvan Muxtar Respublikası” elektron layihənin ingilis dilində versiyasının təqdimatı keçirilib
2014-cü il aprelin 24-də Prezident Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası” adlı elektron layihənin yenilənmiş variantının və onun yeni yaradılmış ingilis dili versiyasının təqdimatı olub.
Tədbirin iştirakçıları əvvəlcə kitabxananın İnternet resursları zalında Naxçıvanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına aid 50-yə yaxın Azərbaycan, türk, ingilis və rus dillərində elektron kitabların CD-ləri ilə tanış oldular. Naxçıvan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən 40-a yaxın arxiv sənədinin sürəti, muxtar respublika ilə bağlı 100-dən artıq dissertasiyanın avtoreferatları və müxtəlif dillərdə çap olunmuş 200-dək kitab da qonaqların marağına səbəb oldu.
Daha sonra tədbir Konfrans zalında davam etdirildi. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirdi ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində hazırlanan elektron layihənin ərsəyə gəlməsində muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəliyinin verdiyi informasiya dəstəyi xüsusi rol oynamışdır. O qeyd etdi ki, “Naxçıvan Muxtar Respublikası” elektron layihəsi hələ beş il bundan öncə hazırlanıb. Bu gün Prezident Kitabxanasının əməkdaşları həm layihənin Azərbaycan dilində olan versiyasını materiallarla zənginləşdirmiş, həm də onun ingilis dilində yeni versiyasını hazırlamışlar. “Ümumi məlumat”, “Tarix”, “Təhsil və səhiyyə”, “Mədəniyyət”, “İqtisadiyyat”, “E-resurslar” adlı 6 bölmə və 38 alt bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə muxtar respublika haqqında dolğun məlumat vermək məqsədi daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Vəli Hüseynov, Vəli Əliyev, Milli Məclisin deputatları Musa Qasımlı, Siyavuş Novruzov, Rafael Hüseynov və Qüdrət Həsənquliyev çıxış edərək “Naxçıvan Muxtar Respublikası” elektron layihəsinin ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən danışıblar. Bildiriblər ki, layihə Naxçıvan barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, həm də xarici ölkələrin elmi ictimaiyyəti üçün əsaslı mənbə rolunu oynayacaqdır.
Akademik Yaqub Mahmudov ilə görüş və kitablarının təqdimatı keçirilib
2014-cü il fevralın 7-də Prezident Kitabxanasında AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun anadan olmasının 75 illik yubileyi ərəfəsində seçilmiş əsərlərinin 12 cildliyinin, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabının, əsərlərinin “Biblioqrafik göstəricisi”nin və tarixçi alim Yeganə Gözəlovanın yazdığı “Tarix elmində Yaqub Mahmudov məktəbi” kitablarının təqdimat mərasimi keçirilib.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən bəhs edərək təqdimatı keçirilən 12 cildlikdə Azərbaycan tarixinin bütün dövrlərinə dair qiymətli tədqiqatlar toplandığını qeyd edib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tariximizin qaranlıq səhifələrinin üzə çıxarılmasında Yaqub Mahmudovun və onun rəhbərlik etdiyi Tarix İnstitutunun xidmətlərindən, bu sahədə əldə olunmuş uğurlardan danışıb.
Respublika Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, Bakı Dövlət Universitetinin dosenti Yeganə Gözəlova, "Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov çıxış edərək Yaqub Mahmudovun şərəfli ömür yolundan, tarix elminə verdiyi töhfələrdən söz açdılar.
Sonra Prezident Kitabxanası əməkdaşlarının hazırladıqları Yaqub Mahmudovun həyat və fəaliyyətindən bəhs edən fotoxronika nümayiş etdirilib.
Sonda Y. Mahmudov çıxış edərək göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Prezident Kitabxanasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş nəşrlərin təqdimatı keçirilib
2013-cü il dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdikləri “Heydər Əliyev” ikicildlik tədqiqatlar toplusunun və “Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar” ikicildliyinin təqdimatı keçirilib.
Layihənin rəhbəri, kitabların elmi redaktoru, giriş məqalələrinin müəllifi Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovdur.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açdı.
Prezident Kitabxanası ilə AMEA-nın Tarix İnstitutunun sıx əməkdaşlığından danışan direktor vurğuladı ki, son illər institutun nəşr etdirdiyi bir çox kitabların təqdimat mərasimləri məhz bizim kitabxanada keçirilib. Eyni zamanda, Azərbaycan tarixi ilə bağlı bir çox kitabların elektron versiyalarının hazırlanmasında birgə fəaliyyət göstəririk. Bizim kitabxanada yeganə olaraq Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən, onun irsinin bütün külliyyatını özündə cəmləşdirən “Heydər Əliyev. Elektron sənədlər toplusu” hazırlanıb.
Təqdimat mərasimdə çıxış edən layihənin rəhbəri Yaqub Mahmudov AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş ikicildliklərin yazılma səbəblərindən, Ulu Öndərin irsinin gənc nəsillərə çatdırılmasında rəhbərlik etdiyi institutun həyata keçirdiyi layihələrdən söz açdı.
Qeyd edildi ki, hər iki nəşr tədqiqatçılarla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək Azərbaycan xalqının və torpağının yorulmaz təəssübkeşi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən söz açdılar və təqdimatı keçirilən kitabların dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söylədilər.
Beynəlxalq elmi-praktik konfrans
2013-cü il iyunun 28-29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının onilliyinə həsr olunmuş “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə respublikanın kitabxana işi sahəsində görkəmli mütəxəssisləri və bu işlə əlaqəli bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, xarici ölkələrdən - Türkiyə, Belarus, Gürcüstan, Litva, Macarıstan, Moldova, Rumıniya, Rusiya və Ukraynadan nümayəndələr iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Prezident Kitabxanasının incəsənət ədəbiyyatı zalında “Əsirlikdə olan mədəni abidələrimiz” mövzusunda fotosərginin və internet zalında “Azərbaycan motivləri” adlı rəsm sərgisinin açılışında iştirak etmişlər.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov konfransın məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, konfransın məqsədi kitabxananın 2008-ci ildə qeyd edilmiş beşillik yubileyində olduğu kimi, onillik yubileyində də qazanılmış nailiyyətləri ümumiləşdirmək, mütəxəssislərin və alimlərin iştirakı ilə müzakirələr aparmaq, həmkarların təcrübəsini öyrənmək və tətbiq etməkdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini Oqtay Şahbazov bildirmişdir ki, Prezident Kitabxanası 2003-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuşdur. Həmin vaxtdan etibarən İşlər İdarəsi dövlətimizin başçısının göstərişləri əsasında kitabxananın müasir mədəniyyət ocağı və informasiya mərkəzi kimi formalaşması üçün nəzərdə tutulan işlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin etmişdir.
Konfransda Prezident Kitabxanasının elmi katibi Kamalə Sarıcalinskaya “Prezident Kitabxanası- 10 il” mövzusunda təqdimatla çıxış etmişdir.
Sonra Prezident Kitabxanasının məsləhətçisi Tuncay Hüseynzadə kitabxananın saytının yenilənmiş variantını təqdim etmişdir.
Rusiyanın Boris Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşininin konfrans iştirakçılarına videomüraciəti səsləndirilmişdir.
Tədbirdə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun “Milli Kitabxana cəmiyyətin informasiya tələbatının ödənilməsinin əsas mərkəzi kimi”, Rusiyanın Boris Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabkonun “Prezident Kitabxanası və Rusiyanın informasiya landşaftı: inkişaf istiqamətləri”, Belarus Respublikası Prezident Kitabxanası direktorunun müavini Lyudmila Naumovanın “Sənəd-informasiya təminatı sahəsində Belarus Prezident Kitabxanasının iş təcrübəsi”, Türkiyə Böyük Millət Məclisi (TBMM) kitabxana və arxiv xidmətinin rəhbəri Mehmet Toprakın “TBMM-də sənəd və biblioqrafik informasiya xidmətinin aspektləri”, Bakı Dövlət Universitetinin kitabxanaçılıq kafedrasının müdiri, professor Abuzər Xələfovun “Prezident Kitabxanasının yaranması tarixindən” və digər mövzularda məruzələr dinlənilmişdir.
- Mehmet Toprak: Azərbaycanın inkişafından təkcə sevinmədim,həm də fəxr etdim
- Piroska Darvasi: «Bakıda özümü doğma evimdə olduğu kimi hiss etdim»
- Bakıda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Prezident və Parlament kitabxanaları rəhbərlərinin müşavirəsi keçirilmişdir
- Bakıda “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir
İrəvan şəhərinin tarixinə həsr edilmiş veb-saytın təqdimatı keçirilib
2013-cü il mayın 17-də Prezident Kitabxanasında İrəvan şəhərinin tarixinə həsr edilmiş www.iravan.info web saytının (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib.
İlk olaraq çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, hazırda istifadəçilərin istifadəsinə verilən “İrəvan şəhəri” elektron resursu məhz Azərbaycanın qədim elm və mədəniyyət, eləcə də dini mərkəzlərindən biri olan İrəvan şəhərinə həsr edilib. Kitabxanamızın bölmə müdiri, eyni zamanda Tarix İnstitutunun əməkdaşı olan Nazim Mustafanın qələmə aldığı “İrəvan şəhəri” əsəri tarixi saxtalaşdıranlara qarşı sanballı cavabdır. Bu əsərdə ermənilərin tarixi Azərbaycan torpaqlarına haradan və nə zaman gəldikləri, azərbaycanlılara məxsus torpaqları hansı yollarla ələ keçirdikləri mənbələrə istinadən göstərilir. Bu elektron resursda İrəvan şəhərində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyi və yaxud başqa xalqlara məxsus tarixi-memarlıq abidəsi kimi necə qələmə verildiyi ayrı-ayrı faktlarla göstərilir.
Daha sonra Nazim Mustafa qələmə aldığı “İrəvan şəhəri” əsərinin əsasında hazırlanan veb-sayt haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, materiallar 31 bölmədə qruplaşdırılıb. Əsərin yazılması zamanı 300 ədəbiyyata müraciət edilib ki, onların da təxminən üçdə biri ilk dəfədir ki, elmi-tədqiqat dövriyyəsinə cəlb edilib.
Qeyd edək ki, layihənin elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovdur.
Elektron resurs kitabxananın əməkdaşları tərəfindən dizayn edilib və ayrıca iravan.preslib.az domenində yerləşdirilib.
Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı birgə sərgi açılıb
On May 6, 2013, a joint exhibition of photographs and publications from the Presidential Library and the Azerbaijan State News Agency (AZERTAC) opened, dedicated to the 90th anniversary of the national leader Heydar Aliyev.
Participants of the opening ceremony, held under the slogan "Heydar Aliyev-90," first laid flowers at the bust of the national leader in the foyer of the Presidential Library, and then toured the exhibition of photographs and publications in the Conference Hall.
Speaking about the merits of the national leader Heydar Aliyev to the Azerbaijani people, the library director, Mail Ahmadov, noted that on the eve of the 90th anniversary of the birth of Heydar Aliyev, who earned the title of national leader, one should remember the enormous constructive work that he had accomplished throughout the history of Azerbaijan, and his life-saving mission is vividly portrayed before our eyes.
Speaking at the event, the Director General of Azerbaijan State Telegraph Agency (AZERTAC) Aslan Aslanov, highlighted the 90th anniversary of the birth of the national leader of Azerbaijan, the founder of our independent statehood, the prominent figure of the 20th century, Heydar Aliyev, with great enthusiasm. Once again, his merits to the people are remembered, and the bright memory of the Great leader is respected with deep admiration. The entire meaningful life of Heydar Aliyev, full of struggle, was dedicated to serving his people and homeland, which he loved more than life itself.
In an interview with AZERTAC, the Scientific Secretary of the Presidential Library, Kamala Sarijalinskaya, expressed gratitude to the agency's leadership for organizing the exhibition and emphasized that the exposition, reflecting the biography of the national leader, has generated significant interest among readers.
Bakıda “Qloballaşan cəmiyyət və kitabxanaçılıq-informasiya fəaliyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib
2012-ci il noyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş “Qloballaşan cəmiyyət və kitabxanaçılıq-informasiya fəaliyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin, Prezident Kitabxanasının, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyətinin və tələbələrinin, kitabxana rəhbərlərinin və mütəxəssislərinin iştirak etdikləri konfransı Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açıb. O, diqqətə çatdırıb ki, Azərbaycan xalqının mədəni sərvəti olan kitabxanaların qorunub saxlanması, burada toplanan sənəd-informasiya mənbələrinin oxuculara çatdırılması üçün vacib vasitə hesab edilən kitabxanalar yalnız bacarıqlı, hazırlıqlı, peşəsini sevən kitabxanaçı mütəxəssislərin fəaliyyəti sayəsində mümkündür.
M. Əhmədov bildirib ki, yubileyi qeyd edilən fakültəni indiyədək 6 mindən çox məzun bitirib. Onlar ölkəmizin bütün bölgələrində, hətta Vətənimizin hüdudlarından kənarda çalışaraq bu nəcib peşənin, həm də bitirdikləri təhsil ocağının adını ucaldırlar. Həmin mütəxəssis-kadrların hazırlanması ilə fakültənin professor-müəllim heyəti məşğul olur. Məhz həmin kollektivin zəhməti və səyi ilə fakültə BDU-nun ən qabaqcıl fakültələrindən birinə çevrilib.
Konfransda BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Qurbanovun “Kitabxana-informasiya mütəxəssislərinin hazırlanmasında müasir prioritet istiqamətlər”, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, Əməkdar Elm Xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun “Azərbaycanda kitabxanaşünaslıq elminin müasir vəziyyəti” mövzularında və digər məruzələr dinlənilib.
Konfransda, həmçinin kitabxanaçılıq-informasiya fakültəsinin tarixini əks etdirən fotoslaydlar nümayiş olunub.
Tanınmış tarixçi alim Solmaz Qaşqayın şəxsi kitabxanası Prezident Kitabxanasına təqdim edilib
2012-ci ilin iyulun 5-də Prezident Kitabxanasında tarixçi alim, qədim dövr Azərbaycan tarixi üzrə görkəmli mütəxəssis Solmaz Qaşqayın şəxsi kitabxanasının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına verilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, ömrünü Azərbaycan ərazisində yaranmış qədim dövlətlərin tarixini öyrənməyə həsr edən S. Qaşqay nəinki ölkəmizdə, həmçinin Yaxın Şərq tarixini araşdıran nüfuzlu xarici tədqiqatçılar arasında da sayılıb seçilir.
S. Qaşqay qədim dövr kitabələrini, mixi yazılarını oxuya bilən nadir tədqiqatçılardan biri idi.
Kitabxananın direktoru tanınmış alimin şəxsi kitabxanasından seçilmiş böyük bir kitab kolleksiyasının onun ailəsi tərəfindən Prezident Kitabxanasına təqdim edilməsini təqdirəlayiq hadisə kimi qiymətləndirilib. 300-dək nadir nüsxədən ibarət həmin kolleksiyanın Prezident Kitabxanasının oxucuları üçün çox qiymətli hədiyyə olduğu vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin məsul əməkdaşı Eldar Əmirov dünyanın bir çox ölkəsində məşhur alimlərin şəxsi kitabxanalarının xüsusi fondlara və kitabxanalara verilməsi təcrübəsindən danışıb, Solmaz Qaşqayın şəxsi kitabxanasının Prezident Kitabxanasına təhvil verilməsini ölkəmizdə əvvəllər mövcud ənənənin yenidən dirçəldilməsi, kitabxananın fondunun zənginləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib.
Alimin bacısı, coğrafiya elmləri doktoru Rəna Qaşqay S. Qaşqayın ailəsi və yaxınları adından çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. R. Qaşqay görkəmli alimlərin şəxsi arxivlərinin kitabxanaların fondlarına verilməsinin Azərbaycanda ənənə halını almasını arzulayıb.
Sonda S. Qaşqayın elmi fəaliyyəti barədə slaydlar nümayiş etdirilib, alimin Prezident Kitabxanasına təqdim olunan kitablarına baxış keçirilib.
Abuzər Xələfov – 80
7 dekabr 2011-ci il tarixində Prezident Kitabxanasında tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov A. Xələfovun şərəfli ömür yolundan, elm sahəsində qazandığı uğurlardan, kitabxanaçılığın inkişafındakı rolundan danışıb. Bildirib ki, professor A. Xələfov kitabxanaşünaslıq-biblioqrafiya sahəsində elmi məktəb yaradıb, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası ilə bağlı sanballı əsərlər yazıb. Altmış ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olan yubilyar kitabxana işi, kitabxanaşünaslıq, təhsil və informasiya sahələrinin tarixinə və nəzəriyyəsinə dair 250-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, elmi məqalə və tədris-metodiki materiallar çap etdirib. Ölkəmizdə kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru olan A. Xələfov indiyədək 20-yə yaxın elmlər doktoru və elmlər namizədi yetişdirib.
Bakı Dövlət Universitetinin əməkdaşları - professor Bayram Allahverdiyev, dosent Elçin Əhmədov, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi, baş müəllim Əliyüsif Məmmədov, Prezident Kitabxanasının şöbə müdirləri Nazim Mustafayev, Zakir İsmayılov yubilyarın elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətindən, Azərbaycanda kitabxanaşünaslıq və biblioqrafiya elminə verdiyi sanballı töhfələrdən söhbət açıblar, onu təbrik ediblər.
Tədbirdə “Bakı Universiteti” nəşriyyatında çapdan buraxılmış, ölkəmizin görkəmli elm və mədəniyyət xadimlərinin A. Xələfov haqqında məqalə və xatirələri toplanmış “80 yaşın ucalığı” kitabının təqdimatı keçirilib, alimin əsərlərindən və onun haqqında yazılmış materiallardan ibarət sərgi nümayiş olunub.
“Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabının təqdimatı keçirilib
2011-ci il oktyabrın 14-də Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun “Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabının təqdimatı keçirilib.
Mərasimdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, ölkəmiz çox əlamətdar bir hadisəni qeyd etmək ərəfəsindədir. Müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən bir-birindən maraqlı tədbirlərin sırasında hazırda təqdimatına yığışdığımız kitabın da öz yeri vardır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Azərbaycan iqtisadiyyatının ötən iki onillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib.
Təqdimat mərasimində Milli Məclisin deputatları Mübariz Qurbanlı, Musa Quliyev, Vahid Əhmədov, Qənirə Paşayeva və başqaları çıxış edərək yeni nəşrin məziyyətlərindən danışıblar və bildiriblər ki, kitabda Azərbaycanın iqtisadi inkişafının 20 illik dövrü dərin təhlil obyektidir.
Vurğulanıb ki, “Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabı zəngin iqtisadi nəşr sayılmaqla bərabər, Azərbaycanın sürətli inkişafı, çoxsistemli islahatlar, ölkəmizin yeni inkişaf meyarları və modeli barədə fundamental elmi, iqtisadi, siyasi mənbə, real hadisələrin analitik toplusu kimi region ölkələrinin auditoriyası üçün də böyük maraq doğura bilər.
Sonda mərasimin iştirakçılarına və çıxışçılara minnətdarlığını bildirən kitabın müəllifi Aydın Hüseynov bundan sonra da müstəqil Azərbaycanın çiçəklənməsi naminə əlindən gələni edəcəyini və bir iqtisadçı kimi ölkəmizin iqtisadi həyatının araşdırılmasına öz əsərləri ilə yeni töhfələr verəcəyini söyləyib.
“Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimatı keçirilib
6 may 2011-ci il Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, kitabxananın əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanası direktorunun müavini Cəmilə Talıbzadə Ulu öndər haqqında çoxsaylı kitabların yazıldığını qeyd edib və vurğulayıb ki, bu gün təqdimatına toplaşdığımız monoqrafiya bu mövzunun tükənməzliyini və ümummilli lider haqqında bundan sonra da yeni-yeni elmi əsərlərin yazılacağını deməyə əsas verir.
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü Azərbaycan elmi, akademiyamız üçün əlamətdar hadisədir. Milli Elmlər Akademiyasını Azərbaycanın elm məbədi, xalqımızın milli iftixarı kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev elm adamına, onun Vətən üçün çox gərəkli olan əməyinə yüksək qiymət verirdi.
Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” monoqrafiyasının məziyyətlərindən danışan A. Həşimov qeyd edib ki, bu qiymətli əsər Ulu öndərə çoxsaylı elmi və elmi-publisistik məqalələr, kitablar, o cümlədən “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” monoqrafiyasını həsr etmiş alimin növbəti çox sanballı əsərdir.
Daha sonra çıxış edən professor Adil Məmmədov, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev və dosent Yeganə Gözəlova monoqrafiyanın elmi əhəmiyyətini yüksək qiymətləndiriblər, müəllifin bu kitabdan öncə Heydər Əliyevin irsini öyrənilməsi istiqamətində 150-dən çox əsər ərsəyə gətirdiyini xüsusi vurğulayıblar.
Tədbirdə çıxış edən Yaqub Mahmudov monoqrafiya haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib. Ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatından keçən tarixi şəxsiyyət olduğunu vurğulayan müəllif qeyd edib ki, ümummilli liderin irsinin daha dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində elmi araşdırmalarını bundan sonra da davam etdirəcəkdir.
İrəvan xanlığından bəhs edən kitabın ingilis və rus dillərində versiyasının təqdimatı keçirilib
7 oktyabr 2010-cu il Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. A. Bakıxanov adına Tarix İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında nəşr olunmuş “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ingilis və rus dillərində versiyalarının təqdimat mərasimi keçirilib.
Kitabların təqdimat mərasimini giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov yeni nəşrlərin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirib ki, kitabın rus və ingilis dillərinə tərcüməsi ilə tariximizin unudulmuş səhifələrinin açılması, itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü və gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə çatdırılması kimi xüsusi layihənin mühüm bir mərhələsi başa çatıb. AMEA-nın prezidenti qeyd edib ki, Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutan İrəvan xanlığının tarixindən bəhs edən kitabın ingilis və rus dillərinə tərcüməsi bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilib.
AMEA-nın müxbir üzvü, A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov nəşrin tarixi əhəmiyyətindən, ərsəyə gəlməsindən ətraflı söz açıb.
Alim vurğulayıb ki, uzun müddət İrəvan xanlığının ərazisinə Osmanlı imperiyasından və İrandan köçürülən ermənilər dünya ictimaiyyətinə bu diyarın ən qədim əhalisi kimi təqdim olunub. Bu, tarixin ən böyük saxtakarlığıdır. Lakin Azərbaycan xalqı xəyanətlər və tarixi ədalətsizliklər nəticəsində itirdiyi torpaqlar barədə əsl həqiqətləri unutmur. İrəvan xanlığının tarixi Azərbaycan xalqının minilliklər boyu yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tariximizin ayrılmaz hissəsidir.
Tədbirdə erməni saxtakarlığını, onların qədim Azərbaycan torpaqlarına köçürülmələrini sübut edən arxiv sənədləri və rəsmlər slaydlar vasitəsilə nümayiş etdirilib.
Sonda AMEA-nın prezidenti M. Kərimov kitabın Azərbaycan, rus və ingilis dillərində nəşrlərindən ibarət xüsusi hədiyyəni Prezident Kitabxanasının direktoru M. Əhmədova təqdim edib.
Vətən tarixinə aid kitabların təqdimatı keçirilib
16 iyun 2010-cu il Prezident Kitabxanasında Azərbaycan xalqının Milli qurtuluş günü münasibətilə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun son dövrlərdə nəşr etdirdiyi kitabların sərgisi və onların Prezident Kitabxanasında hazırlanmış elektron versiyalarının təqdimatı keçirilib.
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov informasiya cəmiyyətində yeni texnologiyalar əsasında elektron resursların yaradılmasının, müxtəlif istiqamətlər üzrə nəşrlərin elektron versiyalarının hazırlanmasının əhəmiyyətindən danışıb. Azərbaycan tarixinə aid kitabların elektron versiyalarının hazırlanmasında əsas məqsəd ölkəmizin tarixi, azərbaycanlıların soyqırımı və deportasiyası, Ermənistan-Azərbaycan münaqişəsi, ümumiyyətlə, Azərbaycanın tarixi keçmişi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd olunub ki, Prezident Kitabxanası istər ölkəmizdə, istərsə də ölkəmizdən xaricdə Azərbaycan oxucusu üçün kitabların əldə edilərək kitabxananın fonduna daxil edilməsi istiqamətində zəruri işlər görür. AMEA A. Bakıxanov adına Tarix İnstitutunun 2004-cü ildən bu günə kimi Azərbaycan tarixinə aid 100-dən çox kitabının elektron variantı hazırlanaraq kitabxananın saytında yerləşdirilib.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov bu layihəni Azərbaycan tarixçilərinin əməyinə verilən ən böyük töhfə adlandırmışdır. Prezident Kitabxanasına minnətdarlığını bildirən Y. Mahmudov bu gün informasiya müharibəsi şəraitində Azərbaycan tarixinə aid kitabların elektron versiyalarının hazırlanmasını çox böyük hadisə adlandırıb. Qədim Azərbaycan torpaqları haqqında məlumatı dünyaya çatdırmaq üçün çox mühüm işlərin görülməsinin vacibliyini vurğulayan tarixçi belə tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.
Qeyd olunub ki, artıq tədqiqatçılar internet vasitəsilə kitabların elektron versiyası ilə tanış ola biləcəklər.
XX əsrin faciəsi - Xocalı soyqırımı
2010-cu il fevralın 25-də Prezident Kitabxanasında “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşrin yenilənmiş variantının və “Səs” informasiya agentliyinin (SİA) hazırladığı "Xocalı soyqırımı" adlı diskin (DVD) təqdimatı keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, bəzi QHT və KİV-lərin rəhbərləri iştirak ediblər. Mərasimdən əvvəl iştirakçılar kitabxananın Oxu zalında Xocalı soyqırımına aid kitablar və onların elektron variantlarının yazıldığı disklərlə tanış olublar.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra "Xocalı soyqırımı" adlı videoçarx nümayiş etdirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov xalqımızın ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqda danışıb. Qeyd edib ki, 2007-ci ildən fəaliyyət göstərən kitabxananın elektron nəşri yenilənmiş və materiallar 6 bölmədə qruplaşdırılıb. Bölmələrdə Xocalı şəhidlərinin ümumi siyahısı toplanmış, soyqırımın tanıdılması istiqamətində görülən işlər, faciə barədə yerli və xarici mətbuatda dərc olunmuş materiallar yerləşdirilib.
Xocalı soyqırımına həsr olunan sənədli xronikanın mahiyyətinə toxunan SİA-nın baş direktoru Bəhruz Quliyev bildirib ki, diskin hazırlanmasında məqsəd Xocalı həqiqətlərinə bir daha nəzər salmaq və onu ictimai fikrin yaddaşında möhkəmləndirməkdir.
Natiqlər İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” devizi altında keçirilən beynəlxalq kampaniya çərçivəsində reallaşdırılan tədbirlər haqqında materialları iştirakçıların diqqətinə çatdırıblar.
Çıxışlarda ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı siyasətindən, o cümlədən bəşəriyyətə və insanlığa qarşı olan Xocalı faciəsinin dəhşətlərindən danışıblar.
“Təcavüz. Bakı. 20 Yanvar 1990” adlı elektron layihənin təqdimatı keçirilib
18 yanvar 2010-cu ildə Prezident Kitabxanası tərəfindən hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990” adlı elektron layihənin təqdimatı keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğınlardan 20 il ötür. Bu müddətdə 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası, ibrət dərsləri haqqında bir sıra tədqiqatlar aparılıb, məqalələr və kitablar yazılıb, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qanlı hadisəyə ölkənin ali qanunvericilik orqanı tərəfindən siyasi-hüquqi qiymət verilib.
1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 147 nəfərin şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs edildiyini diqqətə çatdıran M. Əhmədov, bunun xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında kəskin surətdə pisləyib, əliyalın xalqın gülləbaran edilməsini hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirib.
Sonra Kitabxana tərəfindən hazırlanmış elektron layihə barədə ətraflı məlumat verilib.
Kitabxananın direktoru vurğulayıb ki, 20 Yanvar faciəsinə dair dolğun materiallar toplusu virtual məkanda ilk dəfə olaraq internet istifadəçilərinə təqdim olunub və bu elektron layihə mütəmadi olaraq yenilənəcəkdir. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış layihə həm yerli, həm də əcnəbi tədqiqatçılar, habelə mövzu ilə maraqlanan digər şəxslər üçün əvəzsiz mənbə rolunu oynayacaq.
- Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
- Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
- Virtual məkanda ilk dəfə olaraq 20 Yanvar faciəsinə dair dolğun materiallar toplusu internet istifadəçilərinə təqdim olunmuşdur
- 20 Yanvara həsr edilmiş elektron resurs yaradılıb
- Tariximizin faciə və qəhrəmanlıq səhifəsi
- “Təcavüz. Bakı. 20 Yanvar 1990” Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası tərəfindən elektron resursun təqdimatı keçirildi
- Prezi̇dent ki̇tabxanası tərəfi̇ndən hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990” elektron nəşri̇ni̇n təqdi̇matı olmuşdur
“Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” adlı multimedia diskinin təqdimatı keçirilib
14 iyul 2009-cu ildə Prezident Kitabxanasında ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 40-cı ildönümü münasibətilə Prezident Kitabxanası və “Səs” qəzetinin təşkilatçılığı ilə “Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” adlı multimedia diskinin təqdimatı keçirilib.
İlk öncə “Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” adlı multimedia diski mərasim iştirakçılarına nümayiş etdirildi.
Sonra mərasimi açıq elan edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov 1969-cu il iyulun 14-ünü Azərbaycanın çağdaş tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirdi. Qeyd etdi ki, multimedia diski Ulu öndərin Azərbaycana rəhbərliyə gəlməsinin 40-cı ildönümü ilə əlaqədar hazırlanıb.
Tədbirdə layihənin məsləhətçisi, “Azərbaycan” nəşriyyatının direktoru, YAP Siyasi Şurasının üzvü Ağabəy Əsgərov çıxış edərək 14 iyul 1969-cu ilin Azərbaycan tarixində dönüş ili olduğunu bildirdi. A. Əsgərov 40 il öncə Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublika iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdiyini, ölkənin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. Qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütövlükdə İttifaq miqyasında Azərbaycan və azərbaycanlıların imici dəyişdi.
Tədbirdə “Səs” qəzetinin baş redaktoru və SİA-nın baş direktoru, “Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” layihəsinin müəllifi Bəhruz Quliyev tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. B. Quliyev 14 iyul 1969 -cu il tarixinə toxunaraq Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb etdiyini və bu tarixə əbədi həkk olunan təqvimlərdən biri olduğunu bildirdi.
Millət vəkilləri Fəttah Heydərov, Musa Urud, Asəf Hacıyev, Mübariz Qurbanlı, Siyavuş Novruzov ümummilli liderimizin hələ sovet dövründə Azərbaycanın milli ruhunun yüksəlməsinə çalışdığını vurğuladılar. Qeyd etdilər ki, 14 iyul 1969-cu il Azərbaycanın inkişafında tarixi bir mərhələnin əsası qoyuldu. Hazırda müstəqil Azərbaycanın bütün əhəmiyyətli sənaye və istehsal sahələri, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır.
“Heydər Əliyev: Dövlət xalq üçündür” kitabının və digər nəşrlərin təqdimatı keçirilib
5 may 2009-cu ildə Prezident Kitabxanasında respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin redaktorluğu ilə nəşr olunmuş “Heydər Əliyev və ordu quruculuğu”, “Heydər Əliyev və qanunçuluq”, “Heydər Əliyev dövlətçilik haqqında” və “Heydər Əliyev: Dövlət xalq üçündür” kitablarının elektron variantları və həmçinin “Heydər Əliyev: Dövlət xalq üçündür” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, kitabda ulu öndərimiz Heydər Əliyevin irsi kontekstində siyasi-hüquqi, sosial-iqtisadi və mədəni-mənəvi həyatın aktual problemləri, eləcə də müdrik dövlət xadimi barəsində görkəmli şəxsiyyətlərin fikirləri öz əksini tapmışdır. Bu kitab siyasətçilər, elm adamları, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Sonra hərbi prokurorluq tərəfindən hazırlanmış kitabların elektron variantlarının fotoslaydları nümayiş etdirilmişdir.
Baş prokurorun müavini, respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.
Hərbi prokuror ulu öndərimizin siyasi rəhbərliyi dövründə Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasında özünə layiqli yer tutduğunu, aparılmış mütərəqqi islahatlar nəticəsində hüquqi və sivil bir dövlətə çevrildiyini, qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar edildiyini faktlarla əsaslandırmışdır.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla davam etdirdiyini vurğulayan hərbi prokuror, dövlətimizin başçısının Azərbaycanın inkişafı, ölkənin təhlükəsizliyinin, əmin-amanlığın qorunması istiqamətində gördüyü işlərdən bəhs etmişdir.
Yeni nəşrlə bağlı məlumat verən Xanlar Vəliyev nəzərə çatdırmışdır ki, təqdim olunan “Heydər Əliyev: Dövlət xalq üçündür” kitabı geniş oxucu kütləsinə görkəmli insan və siyasətçi Heydər Əliyev şəxsiyyətinin əsil miqyasını daha dərindən anlamağa, onun Azərbaycan dövlətinin təşəkkülünə və möhkəmləndirilməsinə çox böyük töhfələr verməsini layiqincə qiymətləndirməyə imkan yaradır. Kitabda ümummilli liderimiz Heydər Əliyevin müdrik kəlamları, aforizmləri, cəmiyyətin sosial-iqtisadi, hüquqi, mədəni həyatının ən geniş sahələrini əhatə edən çıxış və nitqlərindən seçilmiş fikirlər toplanmışdır. Ulu öndərin nitq və çıxışlarından toplanmış hər bir sitat bu dahi şəxsiyyətin, əsl vətənpərvər insanın müdrikliyindən xəbər verir. Milli Məclisin deputatları Musa Quliyev, Havva Məmmədova, İlham Məmmədov və Əkrəm Abdullayev böyük zəhmət hesabına yazılmış kitabın Heydər Əliyev irsinin dərindən öyrənilməsi, onun gələcək nəsillərə çatdırılması yönündə mühüm əhəmiyyət daşıdığını bildirmiş, nəşrin xarici dillərə də tərcümə olunmasının zəruriliyini vurğulamışlar.
Bildirilmişdir ki, Respublika Hərbi Prokurorluğu tərəfindən hazırlanmış nəşrlər kitabxananın elektron saytına daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikası – 85
22 aprel 2009-cu ildə Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası - 85” adlı İnternet resursun təqdimatı keçirilib. Tədbir iştirakçıları, həmçinin Naxçıvana həsr olunmuş kitab sərgisi, “Muxtariyyət tarixi sənədlərdə” adlı arxiv materialları və Naxçıvana dair kitabların əməkdaşlarımız tərəfindən hazırlanmış elektron versiyaları ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov muxtar respublikanın 85 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu bildirdi. Dövlət başçısı İlham Əliyevin bu barədə cari ilin fevralın 6-da imzaladığı sərəncama diqqət yönəldən M. Əhmədov, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarının çətin, mürəkkəb və parlaq inkişaf yolu keçdiyini söylədi. Daha sonra kitabxananın direktoru, 7 bölmədən ibarət olan bu resursun istifadəçilərə Naxçıvan Muxtar Respublikası haqqında dolğun və operativ məlumat təqdim etdiyini vurğuladı.
Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Əliyev, Milli Məclisin deputatları Nizami Cəfərov, Yaqub Mahmudov, Eldar İbrahimov, Fəttah Heydərov, Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək bu internet resursun Naxçıvanın tarixinə, mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına dair materialların dünya ictimaiyyətinə daha dolğun və operativ çatdırılması sahəsində mühüm vasitə olduğunu vurğulayıblar, öz təklif və mülahizələrini diqqətə çatdırıblar.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi vəzifəsini icra edən Həsən Hacıyev Prezident Kitabxanasının kollektivinə Naxçıvana həsr olunmuş zəngin internet resurs yaratdıqlarına görə Muxtar Respublikanın rəhbərliyi adından minnətdarlığını bildirib.
- Naxçıvan - Nuh yurdu, dünyanın tacı
- Naxçıvan Muxtar Respublikası - 85" adlı internet resursunun təqdimat mərasimi keçirildi
- Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir
- Naxçıvan qədim diyar
- Prezident Kitabxanası Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə bağlı internet resurs yaratmışdır
- Prezi̇dent ki̇tabxanası “Naxçıvan Muxtar Respubli̇kası-85” adlı i̇nternet resurs hazırlamışdır
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş kitab sərgisi
2008-ci il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş geniş kitab sərgisi təşkil olunub. Mərasiminin iştirakçıları əvvəlcə Prezident Kitabxanasının foyesində Ümummilli Liderin büstü önünə tər güllər düzmüş, sonra isə foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Sərgi Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən müxtəlif kitabları, dövri mətbuat materiallarını və digər nəşrləri əhatə edir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açan kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki istənilən mövzudan söhbət açarkən Heydər Əliyev irsinə müraciət etməklə yaxın keçmişimizin real mənzərəsini göz önündə tam canlandırmaq mümkündür. Çıxış edənlər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərini və ölkənin müstəqilliyinin bərpası, inkişafı və dünya miqyasında mövqeyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətini qeyd ediblər.
Heydər Əliyev - 85
2008-ci il mayın 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Prezident Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” istifadəçilərə təqdim edilib. Kitabxananın kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər, kitab və dövri nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək elektron layihə barədə məlumat verib. Bildirib ki, layihədə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, söhbətlərinin, bəyanatlarının, təbriklərinin və müsahibələrinin elektron versiyaları ayrı-ayrı başlıqlar altında toplanıb və illər üzrə xronoloji ardıcıllıqla qruplaşdırılaraq “Sənədlər” bölməsində toplanıb. “Biblioqrafiya” bölməsində Heydər Əliyev haqqında kitab, dövri mətbuat materiallarının və avtoreferatların biblioqrafiyası yerləşdirilib.
“Xronologiya” bölməsində 1923-1969, 1969-1982, 1983-1990, 1990-1993 və 1993-2003-cü illərdə Heydər Əliyevin həyatının mühüm mərhələləri xronoloji ardıcıllıqla işıqlandırılır.
Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xarici ölkələrə etdiyi səfərlərin, bu səfərlər zamanı dövlət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərin də tam xronologiyası tərtib edilərək “Xarici siyasət fəaliyyəti” bölməsində istifadəçilərə təqdim olunub.
Elektron layihədə “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin və Kitabxana fonduna daxil olan Heydər Əliyev haqqında yazılan kitabların və seçilmiş məqalələrin elektron versiyaları öz əksini tapıb.
Mir Cəlal Paşayev - 100
2008-ci ilin aprelin 22-də Prezident Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə yazıçının həyat və yaradıcılığı ilə əlaqədar kitabxana əməkdaşlarının hazırladıqları “Mir Cəlal Paşayev-100” sərgisi ilə tanış olublar.
Daha sonra görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Mir Cəlal Paşayev – 100” elektron layihə təqdim edilib. Elektron nəşr Mir Cəlal Paşayevin həyat və fəaliyyətinin mühüm məqamlarını özündə əks etdirməklə yanaşı, onun elmi və ədəbi irsinin, tərcümələrinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarını və biblioqrafiyasını da özündə əks etdirir.
Bakı Dövlət Universitetinin Mir Cəlal Paşayev adına Azərbaycan klassik ədəbiyyatı kafedrası ilə birgə keçirilən tədbiri Kitabxananın direktoru Mayıl Əhmədov açaraq bildirib ki, görkəmli alim haqqında ilk biblioqrafiya 1968-ci ildə ədibin 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Elmlər Akademiyasının əsaslı kitabxanasında, ikinci bibilioqrafiya isə 90 illiyi münasibətilə M.F. Axundov adına Dövlət kitabxanasında hazırlanıb. Birinci biblioqrafiyada 944, ikincidə 238 istinad vardırsa, indiki göstəricidə 1950 istinad vardır.
Tədbirdə xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, yubilyarın tələbələri, filologiya elmləri doktorları, , BDU-nun professorları Qara Namazov, Təhsin Mütəllimov, Cəlal Abdullayev, İfrat Əliyeva, Cəlil Nağıyev, Tofiq Hüseynoğlu Mir Cəlal Paşayevin müəllim, yazıçı və ədəbiyyatşünas alim kimi fəaliyyətini eyni dərəcədə yüksək dəyərləndirmişlər. Tədbirdə yazıçı ilə ciyin-ciyinə işləmiş tələbələri Mir Cəlalın yüksək insani keyfiyyətlərindən, onlara sonsuz diqqət və qayğısından ətraflı söz açmış, onunla bağlı xatirələrini danışıblar.
Tədbirin sonunda professor Hafiz Paşayev atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.