Prezident Kitabxanası əlamətdar yubiley münasibətilə "Naxçıvan Muxtar Respublikası-85" adlı internet resurs hazırlayıb

Azərbaycan qədim tarixə mənsub olan bir məkandır. Bugünkü tarixi öz mədəni abidələr Azərbaycanın həqiqətən də qədim tarixə malik məkan olduğundan xəbər verir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan da qədim tarixə malikdir. Naxçıvan Azərbaycanın şərqdən qərbə açılan qapısıdır desək. yanılmarıq. Tarixən İpək Yolu üstündə qərarlaşmış Naxçıvan. bilavasitə şərqdən qərbə keçid rolunu oynayıb. Hazırda Naxçıvan qədim Azərbaycan ərazisinin mərkəzi olmasına baxmayaraq. Azərbaycan Respublikasının sərhədlərindən kənarda qalıb. Bu isə Sovet İttifaqı yaranandan sonra tarixi torpaqlarımız bolşevik Rusiyası tərəfindən ermənilərə verilərək Azərbaycanın əsas torpağından Naxçıvanı ayrı salıb.

Artıq həmin müddətdən 85 il ötür. May ayının 9-da Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi Azərbaycanın hər yerində qeyd olunacaq. Demək olar ki, artıq yubiley xarakterli tədbirlərin keçirilməsinə başlanılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə bağlı aprelin 22-də Prezident Kitabxanasında tədbir keçirilib. Tədbirdə Muxtar Respublikanın 85 illiyi ilə əlaqədar Naxçıvanın tarixini, iqtisadiyyatını, inkişafını əks etdirən kitabların və eyni zamanda, "Naxçıvan-85" internet portalının təqdimatı olub. Tədbirə toplaşanlar Prezident Kitabxanası ilə yaxından tanış olduqdan sonra akt zalına toplaşıblar. Tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq internet portalı, bilavasitə Naxçıvan haqqında geniş məlumat verib.

- Ölkəmizdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi geniş qeyd olunur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu barədə imzaladığı 6 fevral 2009-cu il tarixli sərəncamda deyildiyi kimi, "Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçib. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapan bu torpaq neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetişdirib".

Prezident Kitabxanası bu əlamətdar yubiley münasibətilə "Naxçıvan Muxtar Respublikası-85" adlı internet resurs hazırlayır. "Ümumi məlumat", "Tarix", "İdarəetmə sistemi", "İqtisadiyyat", "Elm və təhsil", "Mədəniyyət", "Resurslar" adlı yeddi bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə Muxtar Respublika haqqında çox dolğun və operativ məlumat vermək məqsədi daşıyır.

Bədxah qonşularımızın Azərbaycanın müxtəlif ərazilərinə, оcümlədən Naxçıvana da olan iddialarını nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları bu diyarın qədim tarixinə dair müxtəlif mənbələrdə olan məlumatların, sənədlərin toplanmasına xüsusi əhəmiyyət veriblər. İnternet resursun "Tarix" adlı bölməsində toplanmış və bir neçə fəsildə sistemləşdirilərək istifadəçilərə təqdim edilmiş səhifələrində Naxçıvanın həm qədim dövrlərinə dair tarixi, həm Muxtar Respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də müasir dövrə dair çox maraqlı sənədlər vardır. "Naxçıvan ən qədim zamanlardan xanlıqlar dövrünədək", "Naxçıvan xanlığı", "Naxçıvan qəzası", "Araz Türk Cümhuriyyəti", "Naxçıvan General Qubernatorluğu", "Ermənilərin Naxçıvanda törətdikləri soyqırımlar", "Naxçıvan İnqilab Komitəsi", "Naxçıvan Muxtar Diyarı", "Naxçıvan Muxtar Respublikası 1924-1991-ci illərdə" və "Müstəqillik dövrü" adlanan yarımbölmələrdə Naxçıvanın müxtəlif dövrlərdəki inzibati-ərazi və idarəetmə forması barədə tarixi sənədlərlə, həmçinin ilk dəfə olaraq Prezident Kitabxanasının əməkdaşları tərəfindən tərtib olunmuş Naxçıvan tarixinin xronologiyası ilə də tanış olmaq mümkündür.

İnternet resursun "Resurslar" bölməsi haqqında daha ətraflı danışmağa ehtiyac vardır. Bu bölmədə həm ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan prezidenti olduğu dövrlərdəki, həm də Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərinin xronologiyası tərtib edilib, onların Naxçıvanda keçirdikləri müxtəlif görüşlərdə və tədbirlərdəki çıxışlarının tam mətnləri "Heydər Əliyev Naxçıvanda", "İlham Əliyev Naxçıvanda" yarımbölmələrdə istifadəçilərə təqdim edilir.

İnternet istifadəçiləri "Elektron kitablar" yarımbölməsində Naxçıvanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair müxtəlif dillərdə olan "Naxçıvan ensiklopediyası", "Naxçıvan abidələri ensiklopediyası", "Qayıdış", "Naxçıvan san-cağının müfəssəl dəftəri", N. Vəlixanlının "Naxçıvan - ərəblərdən monqollaradək: VII-XII əsrlər" və digər 20 addan çox fundamental kitabın əməkdaşlarımız tərəfindən hazırlanmış elektron versiyaları ilə tanış ola bilərlər.

"Resurslar" bölməsinin internet istifadəçiləri üçün maraqlı olan yarımbölmələrindən biri də Naxçıvana dair dövri mətbuatda dərc olunmuş məqalələrin tam mətnlərindən ibarət olan "Mətbuat səhifələrində" adlı yarımbölmədir. "Görkəmli naxçıvanlılar" yarımbölməsində isə bu diyarın görkəmli alimləri, sənətkarları, yazıçıları, şairləri və tarixi şəxsiyyətləri haqqında məlumatlar toplanıb. Naxçıvana dair operativ informasiya ilə maraqlanan oxucular üçün "Biblioqrafiya" yarımbölməsində Prezident Kitabxanasının fondunda olan kitabların, avtoreferatların və dövri mətbuatda çap olunmuş əhəmiyyətli məqalələrin biblioqrafik təsvirləri verilib.

"İdarəetmə sistemi" bölməsində Muxtar Respublikanın Konstitusiyasının tam mətni ilə tanış olmaq mümkündür. Bu bölmənin "Qanunvericilik hakimiyyəti", "İcra hakimiyyəti" və "Məhkəmə hakimiyyəti" yarım- bölmələrində Muxtar Respublikada hakimiyyətin bu qolları barədə internet istifadəçilərinə müfəssəl məlumat təqdim edilir. "Ali Məclisin sədri" yarımbölməsində isə Muxtar Respublika АН Məclisinin sədri Vasif Talıbovun 1996-cı ildən bu günədək etdiyi məruzə və çıxışlarının tam mətnləri ilə tanış olmaq mümkündür.

Yubiley tədbirinin iştirakçılarına Naxçıvana dair Prezident Kitabxanasının fondunda saxlanılan kitabların sərgisi də təqdim edilir.

"Naxçıvan Muxtariyyəti tarixi sənədlərdə" adlı kolleksiyada tədbir iştirakçılarına Naxçıvan Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il tarixli qərarı, Naxçıvanda Xalq Komissarlıqlarının yaradılması haqqında 19 fevral 1924-cü il tarixli Dekreti, Naxçıvan Sovet Sosialist Respublikasının 15 yanvar 1926-cı ildə təsdiq edilmiş Konstitusiyasının mətni, Naxçıvan Sovet Sosialist Respublikasının Əsasnaməsi, Naxçıvan Diyarının Hərbi Komissarı Talıbzadənin Azərbaycan SSR Xalq Komissarları Sovetinə Naxçıvandakı vəziyyətlə bağlı 1921-ci ilin may ayında göndərdiyi Məruzənin mətni, Muxtar Respublikanın yaradılmasının 10 illik və 25 illik yubileyinin qeyd olunmasına dair 27 iyul 1930-cu il tarixli Manifest, 3 may 1949-cu il tarixli Qərar və digər mühüm arxiv sənədlərinin surətləri təqdim edilir.

Qeyd etmək lazımdır ki, "Naxçıvan Muxtar Respublikası-85" adlı internet resursun bütün bölmələri mütəmadi olaraq yeniləşdirilir və ingilis dilində olan versiyası isə hazırlıq mərhələsindədir.

Məlumat üçün bildirirəm ki, Prezident Kitabxanasının mütəxəssisləri bu günə qədər üç dildə "Odlar Yurdu Azərbaycan", "XX əsrin faciəsi - Xocalı soyqırımı" və "Heydər Əliyev. Elektron sənədlər toplusu" internet layihələrini də hazırlayıb oxucuların istifadəsinə verilib. Hesab edirəm ki, bu bazalarda toplanmış materiallar tədqiqatçılar, analitiklər və jurnalistlər üçün dəyərli informasiya mənbəyidir.

Mayıl Əhmədovun çıxışından sonra millət vəkilləri Siyavuş Novruzov, Fəttah Heydərov, Yaqub Məmmədov, Nizami Cəfərov və akademik Vəli Əliyev Naxçıvanın qədim tarixindən, оcümlədən ilk insan yaşayış yeri olduğunu vurğulayıblar. Bunun bariz nümunəsi olaraq Gəmiqaya, Əshabi-Kəhf, Əlincə qalası göstərilib.

Rasim MURADZADƏ


Azad Azərbaycan.- 2009.- 24 aprel.- №55 (1547).- S. 5.