Azərbaycan Belarus diplomatının gözü ilə
Belarus Respublikası Prezidentinin kitabxanasının saytında Azərbaycanın Müstəqillik Günü barədə məqalə dərc edilib.
AZƏRTAC həmin məqaləni təqdim edir.
X X X
“18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür.
1991-ci ilin bu günü respublikanın Ali Soveti tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyi və müstəqil Azərbaycan Respublikasının dövlət, siyasi və iqtisadi quruculuğunun əsaslarının təsis olunması barədə Konstitusiya aktı qəbul edilib.
Həmin sənədə əsasən, Azərbaycan 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Azərbaycanın Müstəqillik Günü ərəfəsində ölkəmizin tarixində Belarus Respublikasının Azərbaycan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri (2006-2015-ci illər), Belarus Respublikası Xarici İşlər Nazirliyinin Veteranlar Assosiasiyasının üzvü Nikolay Yermolayeviç Patskeviç Belarus Respublikası Prezidenti İqamətgahındakı kitabxananın filialını ziyarət edib.
N.Patskeviç müsahibəsində diplomatın mürəkkəb işi, Azərbaycanı tanımaqda özünün çoxillik təcrübəsi, bu ölkənin görməli yerləri, onun milli xüsusiyyətləri və ənənələri, maraqlı insanlarla görüşləri barədə söhbət açıb.
Nikolay Yermolayeviçin Belarus Respublikası Xarici İşlər Nazirliyinin Veteranlar Assosiasiyası adından və şəxsən öz adından Belarus Respublikasının Prezident Kitabxanasının fonduna hədiyyə etdiyi mini-kitabxanada Azərbaycan müəlliflərinin əsərləri, ölkənin tarixinə, təbiət və memarlıq abidələrinə, texnikaya dair kitablar və açıqcalar, həmçinin Azərbaycanın ənənəvi və müasir rəssamlıq mədəniyyətini əks etdirən albomlar toplanıb”.
Ətraflı bax: https://preslib.org.by/news/type1/azerbaidzhan-glazami-belorusskogo-diplomata
AZƏRTAC.- 2020.- 20 oktyabr.