AzərTAc xəbər verir ki, bu sözləri Prezident Kitabxanasının yaradılmasının 10 illiyinə həsr olunmuş beynəlxalq konfransda Belarus Respublikası Prezidenti Kitabxanası direktorunun müavini Lyudmila Naumova demişdir.

Qonaq bildirmişdir ki, mən ilk dəfə Azərbaycanda 5 il bundan əvvəl olmuşam. Beş il ərzində həm respublikanız, həm də kitabxananız həddən artıq dəyişmiş və gözəlləşmişdir.

Ümumiyyətlə, Azərbaycanda Prezident Kitabxanasının gördüyü işlər, həyata keçirdiyi yeni layihələr çox təqdirəlayiqdir. Belarus Respublikası Prezidenti Kitabxanasından dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə bağlı sənədləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına göndərmişik. İnanırıq ki, bu sənədlər dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həmişəyaşar irsinin öyrənilməsində və təbliğində azərbaycanlı həmkarlarımıza böyük kömək göstərəcəkdir.

 


AZƏRTAC.-2013.- 28 iyun.