Azərbaycanda ilk dəfə olaraq Prezident kitabxanasının əməkdaşları tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş "Təcavüzkarlıq. Bakı. 20 Yanvar 1990-cı il" adlı elektron resurs yaradılıb. Resurs 5 hissədən ibarətdir: Azərbaycana qarşı cinayətlər; müraciətlər, ərizələr, tədbirlər; rəsmi sənədlər; elektron resursları (qəzet və jurnallarda dərc olunan materiallar); fotoarxiv. Bu barədə bazar ertəsi Prezident kitabxanasının direktoru Mayıl Əhmədov resursun təqdimatında deyib. Onun sözlərinə görə, resursda əvvəllər dərc edilməyən fotomateriallar da yer alıb. O, həmçinin qeyd edib ki, resurs daima yenilənəcək. O, mövzuya dair materialı olan vətəndaşları kitabxanaya müraciət etməyə çağırıb. Bu elektron resurs kitabxananın “www.preslib.az” saytında yerləşdirilib.

 


Palitra.-2010.-19 yanvar.-№ 6.-S.2.